ŞUŞAnın azad edilməsi Qarabağ Zəfərinin ZİRVƏsi oldu

10 min read

Üç il əvvəl – 2020-ci il noya­brın 8-də mü­zəf­fər Or­du­muz Şu­şa şə­hə­rini iş­ğaldan azad edə­rək şanlı tarix yazdı. Qəh­­­rəman əs­gər və za­bitləri­miz yolsuz­luq şə­raitində uzun mə­­sa­fə qət edə­rək, sıl­dı­rım qa­ya­lar­dan və dərin dərə­lər­dən ke­çərək düşməni Qara­bağın dö­yü­nən qəl­­bi olan Şuşa­dan qo­vub çıxardı. Xalqımızın qüdrətinin və milli qü­ru­ru­muzun tən­tənəsinə çevrilən bu möhtəşəm qələbə Azərbaycan Pre­zidenti İlham Əliyevin Sərəncamı ilə əbə­di­ləşdirildi. Şuşa şə­hərinin işğaldan azad edilmə­sinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayra­ğımızı ucaltdı.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əli­yev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bi­zim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ər­zin­də rə­şadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irə­li­lədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallı­ğa çev­rildi.

Tanklarla, digər zirehli texnika ilə silahlanan, əlverişli möv­qe­də yerləşən düşmənin qarşısına yüngül silahlarla çıxmaq yüksək peşə­karlıq, fədakarlıq tələb edirdi. Qəhrəman döyüşçülərimiz yol­suzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını şərəflə icra etdi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çat­dırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.

Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əli­yev tərəfindən qoyulmuşdu. Sonrakı dövrdə həyata keçirilən komp­leks tədbirlər, əzmkar və çoxşaxəli fəaliyyət bizi bu hədəfə addım-addım yaxınlaşdırdı. Prezident İlham Əliyev Ulu Öndəri­mi­zin qoy­duğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, bö­yük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qur­du. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mə­­nəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri təd­birlər görüldü. Möhtərəm Prezi­dentin rəhbərliyi və davamlı səyləri ilə güclü hərbi potensial yara­dıl­dı. İldən-ilə artan iqtisadi-hərbi güc və siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının 27 il ka­ğız üzərində qalmış 4 qətna­məsini Azərbaycan özü icra etdi. Rəşadətli ordumuz, xüsusən Silahlı Qüv­və­lərin son 20-30 ildə ye­ti­şən fədakar, vətənpərvər gənc nəsli bu mü­qəddəs missiyanın ye­rinə yetirilməsinə öz əvəzsiz töhfəsini verdi. Xalqımızın öz li­deri ətrafında yumruq kimi birləşməsi, görünməmiş milli həmrəy­lik nü­mayiş etdirməsi qələbənin təmin edilməsində mü­hüm rol oyna­dı.

İkinci Qarabağ müharibəsinin hər günü şanlı bir tarix, misli gö­rünməmiş qəhrəmanlıq dastanıdır. 44 gün ərzində döyüşçüləri­miz bir addım da geri çəkilmədən yalnız irəli getdi. Düşmən ordu­sun­da on mindən çox fərari olduğu halda, bizim bir əsgərimiz də dö­yüş mey­danından yayınmadı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsinin və 8 noyabrın tarixi əhəmiyyətini belə səciyyə­lən­dirir: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qə­lə­bəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meyda­nında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfə­lər­lə de­mişəm, bütün bəyanatlara rəğmən ki, bu müna­qişənin – Ermə­nistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik”.

“Məğlubedilməz erməni ordusu” mifini dağıdan, döyüş meyda­nında düşmənə hərb və kişilik dərsi keçən şəhid və qazilərimiz tari­ximizin şanlı səhifələrinə və xalqın yaddaşına əbədi həkk olunub. Zəfər tariximizin bu parlaq və unudulmaz səhifələrini vərəqlədikcə qürur duyuruq.

Bu Qələbə yalnız Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin deyil, bütün Azərbaycan xal­qının Zəfəri idi. Qırx dörd gün davam edən müharibədə xalqımız Ordu­muzu, dövlətimizin başçısının uğurlu siyasətini fəal şəkildə dəstək­lədi. İkinci Qarabağ müharibəsində üç minə yaxın şəhid Vətən uğrun­da canını qurban verdi. Biz bir evdən iki şəhid verib, “Ana Vətən sağ olsun” deyən xalqın nümayəndələriyik. Belə xal­qın Ordusu bu Zəfəri qazanması labüd idi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhəri işğaldan azad olundu­ğunu bəyan etdi. Çıxışında bütün bu illər ərzində Azərbaycan xal­qının dəstəyini hiss etdiyini, inamını gördüyünü və bunun ona güc verdiyini vurğu­layan dövlətimizin başçısı dedi: “Bu günlərdə də­fə­lərlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq gös­tərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə be­lə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düş­mənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq ki­mi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu bir­lik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan ya­radacaq”.

Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il noyabrın 10-da üçtə­rəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etmə­yəcək və Şuşanın azad edilməsi ilə kifayətlənəcək. Hadisə­lərin son­rakı gedişi bu cür düşünənlərin yanıldığını göstərdi. Bu il sentyabrın 19-da Zəfər yürüşünün davamı olan antiterror tədbirləri uğurla nəticələndi. Cəmi 23 saat 48 dəqiqə davam edən antiterror təd­birləri Ali Baş Komandanın qətiyyətini, dəmir yumruğun ye­rində oldu­ğunu Ordumuzun gücünü bir daha nümayış etdirdi. Düşmən üç il əvvəl olduğu kimi, yenə ağ bayraq qaldıraraq təslim olmağa məcbur edildi. Bununla da Qarabağda terrorçuların və se­paratçı rejimin möv­cudluğuna birdəfəlik son qoyuldu, suve­ren­li­yi­miz tam bərpa edil­di.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibə­sin­də qazanılmış möhtəşəm Qələbənin üçüncü ildönümü ərəfə­sində Azər­baycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əli­yev Xan­kəndi, Xocalı, Xocavənd, Əsgəran və Ağdərədə Dövlət Bayrağı­mızı ucaltmaqla xalqımıza tükənməz sevinc və qürur yaşatdı, dövlət suve­renliyimiz tam bərpa olundu.

Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qa­yıdışı­mızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuş­muş qədim şəhər artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möh­təşəm tədbir­lərin şahidinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən üç ildə Şuşa şəhərində bir sıra mü­hüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğulla­rımızın Şuşaya doğru dağların, meşə­lə­rin qoynu ilə irəliləyərək aç­dığı cığır boyu avtomobil yolunun sa­lınmasıdır. Prezident İlham Əliyev Şuşaya 101 kilometr uzunluğu olan bu yolu “Zəfər Yolu” ad­landırıb.

Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həya­tı­nın mühüm mərkəzlərindən biri olub. Lakin işğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini düşmən talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastruk­turun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpası­na başlanılıb. Şuşa – Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbay­canın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan gör­kəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır.

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədə­niy­yət paytaxtı elan edilən Şuşada bu gün şəhərin əsl tarixi si­ma­sının bər­pası yönündə nəhəng layihələr gerçəkləşdirilir. Memarlıq və şəhər­salma sənətinin parlaq incisi olan Şuşa, həmçinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Ha­cı­bəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yeni­dən əv­vəlki yer­lərinə qoyulub. “Xarıbülbül” və “Qarabağ” otelləri yenidən­qur­ma­dan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb.

Zəfər yolunun üzərindəki Şuşa Otel-Konqres Mərkəzi Komp­leksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm ob­yektləri tikilir.

Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.

Dövlətimizin başçısı 2023-cü il iyulun 31-də imzaladığı müva­fiq Sərəncama əsasən, 8 noyabr tarixi ilk dəfədir Şuşa Şəhəri Gü­nü kimi təntənəli şəkildə qeyd olunur. İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbə­diləşdirmək məqsədi daşıyır.

Xalqımız Prezident İlham Əliyevin rəhbərliyi ilə tarix yaz­maq­da davam edir. Biz xəyalların gerçəkləşdiyi Azərbaycanın, qalib ölkənin qalib vətəndaşları olmağın tükənməz sevincini yaşayırıq. Bu şanlı ta­rix təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qü­rur mənbəyi ola­raq qalacaq.

 

ZiM.Az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir