Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Noyabr 22, 2025

Ey qorxmaz, fədakar, Qəhrəman Qadın –

Azərbaycanın Milli Qəhrəman

Salatın Əziz qızı Əsgərovanın

əziz xatirəsinə ithaf olunur

Laçından Şuşaya yol gedən Qadın,

Qorxmadın düşməndən, nə gülləsindən.

Adını göylərə ucaldan Qadın,

Vətənin fəxr edir hər an səninlə.

Vətənə sevginlə sən çıxdın yola,

Qıymadın torpağın işğal oluna.

Mənfur düşmən hardan çıxdı yoluna?

Tarixə əbədi yazıldı adın,

Ey qorxmaz,fədakar, Qəhrəman Qadın.

Mat etdin düşməni cəsarətinlə,

Vətən sevgisinə dəyanətinlə.

Torpağa,Vətənə sədaqətinlə,

Tarixə əbədi yazıldı adın,

Ey qorxmaz,fədakar,Qəhrəman Qadın.

Şuşa da,Laçın da artıq bizimdir,

Doğma Qarabağ da haqq yerimizdir.

Şəhid məzarlığı and yerimizdir,

Tarixə əbədi yazıldı adın,

Ey qorxmaz,fədakar,Qəhrəman Qadın.

Nə olaydı tarix geri dönəydi,

Azad Qarabağı sən də görəydin.

O torpağı qarış-qarış gəzəydin,

Tarixə əbədi yazıldı adın,

Ey qorxmaz,fədakar,Qəhrəman Qadın.

Şəhidlər qanıyla yoğrulan torpaq,

Bir daha yenidən işğal olunmaz.

Qürurla ucaldı üçrəngli bayraq,

Şəhidlər ölməzdir,Vətən bölunməz.

Dəmir yumruq da var, Qalib ordu da,

Vətəni çox sevən Vətən oğlu da.

Sizinlə tanındı Odlar Yurdu da,

Tarixə əbədi yazıldı adın,

Ey qorxmaz, fədakar, Qəhrəman Qadın.

Solmaz Elqızı,

AYB-nin üzvü

.