Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Noyabr 22, 2025

AzTU-da Bilik Günü tədbiri keçirilib –

Bu gün Azərbaycan Texniki Universitetində (AzTU) Bilik Günü tədbiri keçirilib. 

Əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin büstünün önünə güllər düzülüb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

 

AzTU-nun rektoru Vilayət Vəliyev universitetə yeni qəbul olunan tələbələri təbrik edib, onlara təhsil həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıb. Rektor qeyd edib ki, bu il AzTU-nun bakalavriat səviyyəsinə 1887, magistratura səviyyəsinə isə 1604 tələbə qəbul olunub. Vilayət Vəliyev həmçinin AzTU-nun təhsil mühiti, tələbələrə yaradılan şərait, sosial həyat və iş imkanları barədə də məlumat verib. Daha sonra qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən 14 tələbənin təltifetmə mərasimi olub.

AzTU-ya ən yüksək balla qəbul olunmuş Fatimə Fəttayeva (İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsi, 646.8 bal) çıxış edərək onun uğurlu olmasında imzası olan hər kəsə təşəkkür edib və bildirib ki, AzTU-da əsas hədəfi ixtisası üzrə peşəkar kadr kimi yetişmək, Vətənə fayda verməkdir.

“ZİYA”

 

.