ŞƏHİD – Cəsur, İgid, Qəhrəman AKİF!.. –
Eşq olsun ruhuna!
Əziz gəlinimiz MƏLAHƏT xanımın
yeganə Qardaşı AKİF bəyin ruhuna
ithaf edirəm!
Ata-ananın yeganə oğul balası,
Üç nazənin bacının bircə qardaşı…
Kərimin, Aynurun mərd, igid atası,
Böyük xanım – xanımın, nakam sirdaşı!
AKİF! Eşq olsun Sənin ruhuna, bala!
Qeyrətinlə yüksəlibsən asimana!
Vətən uğrunda candan keçən Şəhidsən!
Allah, Peyğəmbər arasın da mələksən!
Haqqında oxuyub, qoy bilsinlər hamı,
SƏN ey müqəddəs Azəri qəhrəmanı!
Çox halal olsun Sənin ata anana,
Sən tək, cəsur böyüdən vətəndaşlara!
Köksünə sığmadı o böyük ürəyin,
Çırpındı hər an qayğısı ilə vətənin,
Dedin: “Ana mən gedirəm vuruşmağa,
Əks halda yaylıq bağlayaram başıma”!
AKİF, yaşın artıq, gözün zəif idi,
Hərbiyə getmək Sənə rəva deyildi,
İgid bala, Sən istəyindən dönmədin,
Orduya könüllü, çox çətin düzəldin!
Çox ehtiyac olduğu üçün silahlara,
Nəzəriyyədən təlim keçdin batalyona.
Gənc ordunu ön cəbhəyə göndərəndə,
Zabit, sən də getdin onların önündə.
Oğul, bu minvalla cəbhəyə yol tapdın,
Vuruşdun hünərlə, vətəni qorudun!
Qanlı cəbhədə düşmənə zərbə vurdun,
Ödəndi vicdanlı vətəndaşlıq borcun!
Allah yazdığı acı, yarımçıq yazı,
Amansız oldu, vermədi muradını!
Günlərin birində, kəşfiyyat işində,
Düşmən tankını sən ələ keçirəndə…
Öz sərhədinə çatıb, çıxanda lyukdan,
Düşmən atəşinə tuş qaldın arxadan.
Bir oğul, tək qardaş, bir sirdaş, bir ata,
Qəhrəman AKİF, şəhid oldu vüqarla.
Oğlun Kərim, qızın Aynur, nəvən Fidan,
Səninlə fəxr edir, ey igid qəhrəman!
İtməyəcək nahaqdan tökülən qanlar,
Ah tutacaq düşmənimiz qan qusacaq!
Dövlətləri qalmayacaq, dağılacaq!
Torpaqlarımız özümüzün olacaq!
Eşq olsun, cənnətlik müqəddəs ruhuna!
Eşq olsun, möhtəşəm vicdanlı vüqarına!
Eşq olsun, xiyabanında yatanlara!
Eşq olsun, Səni qəlbdə yaşadanlara!
Rahat yat! Ana vətən torpağında,
Pak ruhunun oylağı, cənnət bağında!
1991-ci il.
ZƏRƏNGİZ ŞIXLI,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl Qələm” Media Mükafatı laureatı,
ZiM.Az və Elm.İnfo.Az saytlarının,
“ŞƏRQİN SƏSİ” və “ELM və TƏHSİL” qəzetlərinin
Redaksiya Heyətinin üzvü,
texnika elmləri namizədi, şairə, nasir
.
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
