Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Avqust 12, 2026

Səidə Əliyeva Beynəlxalq Konqresdə məruzə edib –

TƏBRİK EDİRİK!..

2026-cı il mayın 10-dan 13-dək Bakıda Xəzər Universitetində III Beynəlxalq Türk Dünyası Gənc Akademisyenlər Konqresi keçirilmişdir.

Türk İşbirliği ve Koordinasyon Ajansı Başkanlığı, Türkiye Maarif Vakfı, Yunus Emre Enstitüsü və Azərbaycandakı Türkiyə Məzunu İş Adamları və Ziyalıları Platformunun dəstəyi, həmçinin 6 ölkədən 30 universitetin tərəfdaşlığı ilə təşkil olunan və “Keçmişin irsi, gələcəyin inşası” mövzusu ilə keçirilən tədbirdə türk dünyasının müxtəlif ölkələrindən gənc akademisyenlər iştirak etmişlər.

Konqresdə Moskva Dövlət İdarəçilik Universitetinin (Московский Государственный университет управления) aspirantı Səidə Əliyevanın “Akıllı Sözleşmeler ve Uluslararası Ticaretteki Hukuki Statüsü” adlı məruzəsi maraqla qarşılanmışdır.

Biz də Redaksiya Heyətimiz adından Səidə Əliyevanı təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

Səidə Əliyeva Beynəlxalq Konqresdə məruzə edib

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.