Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

İyun 16, 2026

ELMLƏ AÇILIR SİRLƏR

 

Ruh haqqında aşkarlanan

Sirli ELMİ   BİLİK

İnsan aləminin təhlilidir

Əvəz edilməz yenilik!

Elmlə açılır sirlər, Allah verir ixtiyar.

Hər açılan sirrin öz alimi var.

Allahın ali ruhlu – əziz bəndələri –

Adəm ata, Həvva ana törəmələri

Bilir ki,  yaranmış dünyanın əzəldən bəri,

Zamanla, dövrün  nə sonu bilinir, nə də əvvəli.

Keçsə də sonsuz illər, qərinələr, əsirlər,

 

Hələ, çox qalıbdır açılmamış

SEHİRLİ   SİRLƏR.

Ehtiyacı olanda tərəqqiyə dövranın,

Yüksəltməyə tələbin, rifah halın insanın,

İlahi, zamanında yaradır alimləri,

Açmaq üçün açılmamış lazım olan  Sirləri.

Elmlə açılır sirlər, ALLAH verir ixtiyar,

Hər açılan sirrin Alimi, Peyğəmbəri,

Filosofu var.

Onlardır sirləri aşkarlayan, dəyişdikcə

Hər yeni dövran.

Müasir zamanadək sehrli, sirli qalan,

Beyin hüceyrələrinin fəaliyyət

Məhsulu olan,

İnsanı fəaliyyətdə yaşadan

Ruh – İdeal varlıq,

Həqiqi gerçək dərk edilən fəlsəfə,

Aşkardır artıq!

İnsanın daxili aləminin səciyyəsi,

İLAHİ möcüzəsi

Misilsiz elmi yenilikdir

Ana dilinin əlifbası tək, zəruri dərslik.

 

ZƏRƏNGİZ ŞIXLI,
texnika elmləri namizədi, şairə, nasir

07. 07.2021-ci il.

ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.