Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

20 min read

Noyabrın 8-də Xan­­kəndi şə­­hə­rin­də Və­tən mü­­hari­bə­sin­də əldə edi­­lən Zə­fə­rin 3-cü il­dö­nü­mü­nə həsr olu­nan hərbi pa­­­rad ke­­çi­ri­lib.

Azərbaycan Res­­pub­­likası­nın Prezi­den­ti, Si­lah­lı Qüv­və­lə­rin Ali Baş Ko­man­danı İl­ham Əli­yev, bi­­rinci xanım Meh­ri­ban Əli­yeva və oğul­ları Heydər Əli­yev paradda iş­ti­rak ediblər.

Müdafiə na­zi­ri ge­neral-pol­­kov­nik Za­kir Həsə­nov Azər­baycan Res­publika­sının Prezidenti, Si­lahlı Qüvvələrin Mü­zəffər Ali Baş Koman­danı İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı şəxsi heyəti salamladı.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın su­verenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Hərbi orkestr Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdi.

Dövlətimizin başçısı paradda çıxış etdi.

 

Prezident İlham Əliyevin çıxışı

– Əziz hərbçilər, mən sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm.

Hərbçilər: – Sağ ol.

Prezident İlham Əliyev: – Üç il bundan əvvəl Qarabağın tacı olan Şu­şa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən or­du­su təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ mü­hari­bəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir.

Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vu­rur­du ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu mü­qəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxın­laş­dı­rır­dıq.

Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bun­dan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gə­ləni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçki­lər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz ver­miş­dim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan tor­paqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq mey­danında keçiril­miş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azər­baycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırıla­caqdır və bu gün gəldi.

Bu günü bizə bəxş edən müzəffər Silahlı Qüvvələrimiz döyüş mey­danında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni bizim əzəli torpaqlarımızdan qovmuşdur. Bu, böyük tarixi hadisədir. Azər­baycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olma­mışdır. Şuşa əməliyyatı, 44 gün ərzində apardığımız bütün digər hər­bi əməliyyatlar, hərbçilərimizin şücaəti bir qəhrəmanlıq dastanı­dır. 44 gün ərzində döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgər və zabiti əsl qəhrə­manlıq göstərmişdir. Hər gün biz irəli gedirdik, bir gün belə geriyə addım at­mamışdıq. Düşmən ordusu Azərbaycan Ordusunun, Silahlı Qüvvə­lərin peşəkarlığını, fədakarlığını görərək daha da böyük təşvişə dü­şür­dü və onların özlərinin etirafına görə, 44 günlük müharibə za­manı Er­mənis­tan ordusunda 12 min fərari olmuşdur. Azərbaycan Silahlı Qüv­vələri­nin bir nəfər də olsun hərbçisi döyüş meydanını tərk etmə­mişdir. Bu, Azərbaycan xalqının əyilməz ruhunu və yüksək mənəvi key­fiyyət­lərini bir daha bütün dünyaya nümayiş etdirdi.

Şuşa əməliyyatı, təbii ki, 44 günlük Vətən müharibəsi dövründə xü­susi yerə malikdir. Çünki çox çətin coğrafi vəziyyətdə yerləşən, alın­maz qala sayılan Şuşanı yüngül silahlarla, bir çox hallarda əlbəyaxa döyüşlər nəticəsində azad etmək böyük güc, peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan övladları bunu göstərmişlər.

İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənis­tan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitə­çilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xal­qı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən də­fələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziy­yətlə ba­rış­ma­yacağıq. Azərbaycan torpağında ikinci erməni döv­lə­tinin yara­dılma­sına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaq­ları­mızı döyüş mey­danında işğalçılardan azad edəcəyik. Əgər Ermə­nistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ mühari­bəsinə ehtiyac qal­mazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbər­liyinə müraciət edə­rək deyirdim ki, əgər siz bizim torpağı­mızdan çıxmasanız, döyüş mey­danında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən mü­­haribəsi bunu bir daha göstərdi.

44 gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif pay­­taxt­lar­­dan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq bi­zi haqq yo­lumuzdan heç kim göndərə bilməzdi və mən Vətən mü­ha­ri­bəsi döv­­ründə Azərbaycan xalqına müraciət edərək demişdim ki, düş­mən bizə torpaqlarımızın azad olunmasının tarixini versin, o zaman biz müha­ri­­bəni dayandırmağa hazırıq və belə də oldu. Şuşa Zəfərindən sonra düş­­mən faktiki olaraq kapitulyasiyaya hazır idi və bir gün sonra ka­pi­tul­­ya­siya aktına imza atdı, biz də müharibəni dayandırdıq. O vaxt bi­zim Si­lahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müha­ri­bənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və bu gün bi­­zim, bax, burada – Xankəndi şəhərinin mərkəzi meydanında hərbi pa­­ra­dı ke­çir­mə­­yi­miz bir daha onu göstərir ki, nə qədər düzgün, müdrik ad­dım idi.

O vaxt mən heç şübhə etmirdim ki, gün gələcək və burada – Xan­kən­di şəhərində Azərbaycan Bayrağı qaldırılacaqdır. 44 günlük mü­ha­ribənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qay­ta­rıl­dı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib his­sə­si idi və bi­zim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur ol­muş­du. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüv­və­lərinin gü­cü­nü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini gör­müşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi.

II Qarabağ müharibəsindən sonra biz bir gün dayanmadan ordu qu­ru­culuğu prosesini sürətləndirirdik və bunu gizlətmirdik. Dərhal Qa­rabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdik. Eyni za­man­da, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sər­hə­di­ni nə­za­rətə götürdük. Sərhəddə mövqelərimizi tədricən yaxşı­laş­­dır­dıq və müx­təlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sər­­hə­di­nin bö­yük hissəsində ən əlverişli mövqelərə malik olduq. Nə üçün biz bunu edirdik? Çünki biz bilirdik ki, Ermənistanda revanşist qüv­və­lər baş qal­dırır. Biz bilirdik ki, Ermənistanın arxasında dayanan və on­la­rı bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələr onlara yenə də təx­ri­batçı siq­nallar verəcəklər. Ona görə biz öz sərhədimizi qorumalı idik və keçi­ril­miş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azər­baycan-Er­mə­nistan sərhədində vəziyyət bizim nəzarətimiz­dədir. Bu­nun­la bə­ra­bər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əmə­liyyat bu böl­gədə də əlverişli yüksəkliklərə sahib ol­maq üçün bizə şərait yaratdı. Ey­ni zamanda, bu əməliyyatlar Er­mənistan siyasi rəh­bərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edil­miş bü­tün müd­dəa­ları icra etməlisiniz və ilk növ­bədə, öz silahlı qüv­və­lərinizi Qa­ra­bağdan ­çı­­xar­malısınız, bu, sizin öh­dəliyinizdir. Amma hə­yatda biz bu­nun ək­sini gördük, nəinki Er­mə­nistan silahlı qüvvələri çı­xarılmadı, ək­si­nə, da­ha çox qüvvə gön­dərilmişdi. O vaxt Laçın-Xan­­kəndi yolu hələ bizim nə­za­­rə­timizdə de­yildi, silah-sursat, minalar gəti­rilmişdi və Er­mə­nistanın si­yasi rəh­bərliyi Qarabağdan öz silahlı qüv­vələrini çıxar­maq istəmirdi.

Son 3 il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əmə­liyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və bu­ra­da vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim tor­paqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim sözümə baxsay­dı­lar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehti­yac qal­mazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların öz­ləridir. On­ların bəlaları təkcə 3 il bundan əvvəl başlamayıb, hələ 1990-cı il­lə­rin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini ye­miş, Azər­bay­­ca­nın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu mey­danda ərazi iddiası qaldırmışdır. Bax, bu binada – Azər­baycan döv­ləti tərəfin­dən vaxtilə inşa edilmiş binada Azərbaycana qarşı məkrli plan­lar hazır­la­nırdı. Erməni xalqının bəlalarının səbəb­karları Ermənistana rəhbər­lik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim tor­paq­­­ları­mı­­zı əbədi işğal altında saxlaya­caqlar. Özləri buna o qədər inan­­mış­dı­lar, xarici tərəfdaşları da inan­dır­mağa çalışırdılar ki, onların güclü or­du­­­ları var, onların güclü potensialı var, güclü himayədarları var və Azər­baycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət et­­­mə­­yə­cək. Onların dəyirmanına su tökənlər, bu gün də onların ar­xa­sın­­da da­yanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bö­lü­şür­lər.

Biz isə deyirdik ki, heç vaxt bu vəziyyətlə barışmayacağıq və bunu gizlətmirdik. Bizə nə qədər deyilmişdi ki, Ermənistan-Azərbaycan mü­naqişəsinin hərbi həlli yoxdur. Mən isə deyirdim ki, sülh yolu ilə bu məsələ həll olunmasa, bizim başqa çarəmiz qalmayacaq və 44 gün ərzində göstərdiyimiz qəhrəmanlıq, peşəkarlıq, əfsuslar olsun ki, Er­mə­nistan rəhbərliyinə dərs olmadı.

Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, on­dan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq gös­tə­rərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əmə­liy­ya­tın ta­le­yi­ni həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəin­ki təs­lim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda ya­rat­­dıqları qon­darma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sent­yabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. No­ya­b­rın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusu­nun beli qı­rıl­dı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz La­­çın is­ti­qamətində Azərbaycan-Ermənistan sərhə­dini nəzarətə alaraq əra­zi bü­tövlüyümüzü tam bərpa etdik və sentya­brın 20-də dövlət su­ve­ren­liyini tam bərpa etdik. Bununla separate­çıların kitabı bağlandı. Ar­tıq Azər­bay­canda separatçılığa yer olma­yacaq. Azərbaycan dövləti bu gün bü­tün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu mey­danda dayanan bizim igid­lərimizdir və on minlərlə Azərbaycan hərb­çiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmiş­dik.

Mən bir daha demək istəyirəm ki, biz 20 il ərzində bu günə doğru gedirdik, hazırlıq işləri gedirdi, beynəlxalq hüquq müstəvisində Azər­baycan mövqeləri möhkəmləndirilirdi. Siyasi müstəvidə apardığımız uğurlu fəaliyyət nəticəsində bütün dünya artıq bilməyə başlamışdır ki, haqlı tərəf bizik. İqtisadi sahədə apardığımız islahatlar imkan verdi ki, müstəqil iqtisadiyyat quraq, heç kimdən asılı olmayaq, öz həyatımızı özümüz quraq. Güclü siyasi iradə imkan verdi ki, müstəqil xarici si­ya­sət aparaq, daxili siyasət aparaq, imkan verməyək kimsə bizim işimizə müdaxilə etsin. Halbuki belə cəhdlər tarixdə çox ol­muşdur. Dövləti­mizi, milli ləyaqətimizi, həyat tərzimizi, ənənələ­ri­mizi qoru­muşuq ki, heç kim bizim işlərimizə burnunu soxmasın.

Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-tex­niki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyə­tinin qaldı­rıl­ması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tər­biyə edilməsi – budur, qələbəyə aparan əsas amillər. Nə qədər sə­nin silahın, sur­satın olsa belə, nə qədər müasir hərbi texnolo­giya­lar­dan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, za­bitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bu­nu gös­tərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, dö­şənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yer­ləş­miş düşmən mövqelərini məhv edərək, Azər­baycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstər­mişdir. Əziz şə­hid­lərimizin xatirəsi bi­zim qəlbimizdə əbədi yaşaya­caq və biz bütün dün­yaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhu­nu göstər­mişdik. Yəni, hazır­lıq işləri apararkən, bax, biz bu günü göz­ləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçirilə­cək.

44 günlük müharibə zamanı çoxlu xarici media nümayən­dələrinə mü­­sahibələr verərək, təbii ki, bizim planlarımız haqqında mən da­nışa bilməzdim. Halbuki suallar demək olar ki, təkrarlanırdı. Bir də­fə de­miş­dim ki, Şuşasız bizim işimiz yarımçıq olacaq. Ancaq hələ o vaxt mən bilirdim ki, Xankəndisiz, Xocalısız bizim işimiz yarımçıq qala­caq. Üç il bundan əvvəl mən əmr verərək Azərbaycan Ordusunu da­yan­dırdım və bir daha demək istəyirəm, tarix göstərdi ki, nə qədər düzgün addım idi. Ancaq o gündən, bax, bu günə qədər – sentyabr ayı­­na qədər hər gün biz işləyirdik, çalışırdıq ki, Azərbaycanın suve­renliyi tam şəkildə bərpa edilsin. Oktyabrın 15-də Ağdərədə, Əsgə­randa, Xo­cavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bay­rağını qaldır­dım. Bundan böyük xoşbəxtlik ola bilməz – həm mənim üçün, həm si­­zin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azər­baycanlıları üçün.

Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Er­mənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Er­mənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxa­sın­­da duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək gös­tər­dik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbay­candır, dö­yü­şərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bil­məlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermə­nistan rəh­bər­liyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında daya­nan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün han­sısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetir­sin. Bil­sin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi mey­dan­da bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpa­ğını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz ha­mımız yaxşı bilirik, bunu dünya da bilsin.

Bizə yeni müharibə lazım deyil. Biz istədiyimizə nail olduq, bey­nəl­xalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqə­timizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağı­mız­da diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüv­vələrin qarşı­sında çıxış edirəm. Yəni, biz bütün vəzifələri icra et­mişik, ancaq bu­nun­la bərabər, bundan sonra da ordu quruculuğu məsələləri bizim üçün prioritet məsələlərdən biri olacaq. Bunu hamı bilsin və heç kim bunu unutmasın.

Mən bir daha, əziz hərbçilər, sizi və bütün Azərbaycan xalqını Zə­fər Günü münasibətilə ürəkdən təbrik edirəm.

Hərbçilər: Sağ ol.

Prezident İl­ham Əliyev: -Eşq ol­sun Azər­bay­can Silahlı Qüv­və­lə­rinə! Qa­ra­bağ Azər­­­bay­can­dır!

Hərbçilər:

– Qa­ra­bağ Azərbay­candır!

 

***

Azərbaycan Pre­­zidentinin çı­xı­şın­dan son­ra Si­lahlı Qüv­və­lərin pa­rad he­yət­lə­ri­nin hər­­bi or­kes­trin mü­şa­yiəti ilə tən­tə­nəli ke­çi­di baş­­la­yıb.

Parada mü­da­fiə nazirinin bi­rinci müavini – Azərbaycan Or­dusunun Baş Qə­­rargah rəisi, “Zəfər” və “Qa­rabağ” ordenli ge­neral-pol­kov­nik Kərim Və­li­yev koman­dan­lıq edib.

Silahlı Qüv­və­­­­lərin parad he­­­yətləri Azər­bay­can Respub­lika­sının Dövlət Bay­­rağını və Şu­­­şa şəhərinə san­­cılan – Qə­lə­bənin rəmzinə çev­ri­lən Zəfər Bayrağı altında tri­bunaya doğru irəliləyiblər.

Ardınca Azər­baycan Ordusu­nun və qoşun növ­lərinin, lo­kal xa­rak­terli an­ti­terror təd­bir­lə­rində işti­rak et­miş hərbi birləş­mələrin dö­yüş bay­raq­ları Xan­kəndi şə­hərinin mər­kə­zi mey­da­nına gətirilib. Sonra Müdafiə Na­zir­li­yinin Xü­susi Tə­yi­nat­lı Qüv­­vələrinin parad he­yətinin keçidi oldu. Parad heyətinə Vətən Mü­haribəsi Qəhrəmanı ge­neral-leytenant Hikmət Mirzəyev başçılıq edib.

“Azərbaycan Bayrağı” və “Rəşadət” ordenli general-mayor Bilal Çom­­puzovun baş­çılığı ilə 1-ci Ordu Kor­pu­sunun, “Qara­bağ” və “Rə­şa­dət” ordenli general-ley­te­nant Mayis Bər­xudarovun rəh­bərliyi ilə 2-ci Ordu Korpusunun, “Rəşadət” və “Vətənə xidmətə görə” ordenli pol­­kovnik Oruc Abdullayevin başçılığı ilə 3-cü Ordu Korpusunun, “Azər­bay­can Bayrağı” və “Rəşadət” ordenli general-mayor Münasib Ba­ba­ye­vin rəhbərliyi ilə 4-cü Ordu Korpusunun, Vətən Müharibəsi Qəhrə­manı, “Rəşadət” ordenli general-mayor Kənan Seyidovun baş­çılığı ilə 5-ci Ordu Korpusunun və “Azərbaycan Bayrağı” ordenli ge­neral-ma­yor Məhəmməd Həsənovun rəhbərliyi ilə Əlahiddə Ümum­qoşun Or­dunun parad heyətləri tribuna önündən mətin addım­larla irə­lilədilər.

Hərbi Dəniz Qüv­vələrinin dəniz piya­da­larının parad heyətinə Və­tən Mü­haribəsi Qəh­rəmanı polkov­nik-leytenant Xa­lid İbrahimov baş­çılıq edib. Daha sonra Vətən Müharibəsi Qəhrə­manı general-mayor Namiq İs­lamzadənin rəhbərliyi ilə Hərbi Hava Qüvvələrinin parad heyətinin ke­çidi olub.

Dövlət Təhlükəsizliyi Xidmətinin “Qartal” xüsusi təyinatlılarının pa­rad heyəti “Qarabağ” ordenli polkovnik Cabir Cəfərovun başçılığı ilə tribuna önündən keçib.  Sonra Xarici Kəşfiyyat Xidmətinin “Yara­sa” xüsusi təyinatlılarının parad heyətinin keçidi olub.

Daxili İşlər Nazirliyinin Da­xili Qo­şun­larının xüsusi təyi­natlılarının parad heyəti “Və­tənə xid­mətə görə” or­denli gene­ral-mayor Tofiq Hü­­sey­novun baş­­çılığı ilə Xankəndi şə­hə­rinin mərkəzi meydanında irəli­ləyib.  Dövlət Sərhəd Xidmətinin parad heyətinə Vətən Müharibəsi Qəh­rə­manı, “Vətənə xidmətə görə” ordenli general-mayor Babək Ələk­­­­bərov başçılıq edib.

Azərbaycan Res­publikası Pre­­zidentinin Təh­lükə­siz­lik Xid­mə­ti­nin Milli Qvar­di­yası­nın hərbi qul­­luqçula­rın­dan ibarət pa­rad heyəti pol­­kov­nik-ley­tenant Eldar Quli­ye­vin baş­çılığı ilə tri­buna önün­­dən keçib.

Parad he­yət­lə­­rinin ke­çi­din­­­­dən son­ra an­­ti­terror təd­birləri za­ma­nı mü­sa­di­rə olu­­­nan hər­­­bi tex­­ni­ka­ların ki­çik bir qismi qoş­­­qular üzə­rin­­də Xan­kən­­di şə­hə­­ri­nin mər­­kə­zi mey­da­nına gə­­­­ti­rilib. Mü­sa­di­rə edil­miş hər­­­bi tex­ni­ka­la­rın və nəq­liy­yat va­si­tə­lə­­­ri­nin nöm­rə ni­­­şan­­­la­rından ha­­­zır­­la­nan və üzə­­rində “ZƏ­FƏR” sözü həkk edi­lən löv­hə nü­ma­yiş olunub.

 

 

İkinci Qa­ra­bağ mühari­bə­sin­də tarixi Zə­fərin 3-cü il­dönümü mü­­na­sibətilə Xan­kən­di şə­hə­rin­də təşkil edi­lən, Və­tən mü­hari­bə­­si­nin işti­rak­çısı, Əmək­dar in­cə­sənət xa­­di­mi, Prezi­den­tin fərdi tə­qaüd­çü­sü, pol­kov­nik Ab­dulla Qur­ba­ninin apa­rı­cısı olduğu hər­bi pa­­rad “Qə­ləbə” mar­şının ifası ilə başa çatıb.

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir