AzTU-da 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib –

2 min read

Azərbaycan Texniki Universitetində (AzTU) 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib.

Əvvəlcə torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, 2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başladılan Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu. Bu tarix şanlı Qələbəmizin başlanğıcı oldu. Həmin gündən 4 il keçməsinə baxmayaraq Vətən müharibəsində istifadə olunan müasir texnologiyalar, ordumuzun yenilməzliyi dünyanın hərbi ekspertlərinin tədqiqat mövzusuna çevrilib. Azərbaycan 44 günlük müharibədə qazandığı Qələbə ilə hərbi gücünü bütün dünyaya sübut etdi.

Daha sonra çıxış edən tarix elmləri namizədi, dosent Akif Nağı da Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb. O, həmçinin 2023-cü il sentyabrın 19-da ordumuzun keçirdiyi antiterror tədbirlərinə də diqqət çəkib. Bildirib ki, antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunmasında hərbçilərimizin qəhrəmanlığı, şücaəti və peşəkarlığı, xalqımızın birliyi xüsusi vurğulanıb. Qeyd olunub ki, torpaqlarımızın azad olunmasında  qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksələn Vətən övladlarının əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir