Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Noyabr 22, 2025

DOSENT FƏRQANƏ ZÜLFÜQAROVA REDAKTOR TƏYİN OLUNUB –

TƏBRİK EDİRİK!..

Zülfüqarova Fərqanə Sübhan qızı – Şirvanda doğulub. 1992-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-Alman dilləri fakültəsini bitirib. Elə həmin ildən pedaqoji fəaliyyətə başlayıb. Əvvəlcə Azərbaycan Dövlət Dillər Universitetində, 2008-ci ildən Moskva Dövlət Universitetinin Bakı filialında ingilis dili fənni üzrə baş müəllim vəzifəsində çalışıb. Eyni zamanda, 2000-2020-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində ingilis dilini tədris edib. 2010-cu ildə dissertasiya müdafiə edərək Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb. Elə həmin ildən Azərbaycan Respublkasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında çalışır. Hazırda “Dillər” kafedrasının dosentidir. “İngilis və Azərbaycan ədəbiyyatlarında insan konsepsiyası – Virciniya Vulf və Afaq Məsudun yaradıcılıqları əsasında” adlı elmi tədqiqat əsəri, “Dünya ədəbiyyatında qadın mövzusu: Genezis və tipologiya” və “XIX əsrin sonu XX əsrin əvvəllərində ingilis ədəbiyyatı” adlı kitabları görkəmli alimlər tərəfindən yüksək dəyərləndirilib. O, həmçinin, Bakalavr hazırlığı üçün “Xarici dil (İngilis dili)” Reading, doktorantura və dissertantura hazırlığı üçün “İngilis dili”, Bakalavr hazırlığı üçün “Xarici dil (İngilis dili)” və doktorantura və dissertantura hazırlığı üçün “İNGİLİS DİLİ”fənni üzrə Proqramların tərtibçisi və eyniadlı dərsliklərin, Azərbaycanda və xaricdə Azərbaycan, alman, rus, ingilis və türk dillərində çap olunmuş 150-dən artıq məqalə, konfrans, tezis və tərcümələrin müəllifidir.
Fərqanə Zülfüqarova Azərbaycan Yazıçılar Birliyinin, Dünya Azərbaycan Qadınları İctimai Birliyinin, Turan Qadın Yazarlar Birliyinin, Umay Ana Türk Dünyasi Kadinlar Birliğinin və Yeni Azərbaycan Partiyasının üzvüdür. “Qızıl qələm” mükafatı laureatıdır. Azərbaycan Respublkasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının ”İstedadlar” layihəsinin ekspertidir. İntellektual, məsuliyyətli, nizamlı, nəcib, humanist, bacarıqlı, səmimi, istedadlı, təcrübəli, özünə güvənli, işini sevən, kollektivləişləməyi bacaran sivil xanım kimi ictimaiyyət arasında böyük nüfuz qazanıb. Elə buna görə də, 2025-ci il yanvarın 30-da Beynəlxalq Sülh Liderlərinin İnsitutuna üzv və Beynəlxalq Sülh Liderlərinin Azərbaycan üzrə Səfiri seçilib. Azərbaycanın görkəmli dramturqu Cəfər Cabbarlının ədəbi irsinin təbliğindəki fəal iştirakına görə “DİPLOM”la təltif olunub.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Zülfüqarova bu günlərdə “ELM” və “ZƏFƏR” İnformasiya mərkəzlərinin elm.info.az və zefer.info.az saytlarının redaktoru təyin olunub. Fərqanə xanımı bu münasibətlə ürəkdən təbrik edir, ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Onu da qeyd edək ki, Fərqanə Zülfüqarova AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertanturanı da müvəffəqiyyətlə bitirib, doktorluq dissertasiyasını tamamlayıb, əminik ki, yaxın günlərdə uğurla müdafiə müdafiə edəcək, Filologiya elmləri doktoru alimlik dərəcəsinə layiq görüləcək.

Müşfiq BORÇALI,
ZiM.Az

 

.