“AzTU Gəncləri 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıb

2 min read

Azərbaycan Texniki Universiteti (AzTU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) təşkilatçılığı ilə
2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan
“AzTU Gəncləri 2023” müsabiqəsinin mükafatlandırılması mərasimi keçirilib.


Tədbirdə AzTU HİK-in sədri Elvin Bəxtiyarlı, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Nərmin Rzayeva gəncləri təbrik edib. Gənclərin ölkənin bütün sahələrdə inkişafında önəmli rolu xüsusi vurğulanıb.

Qeyd olunub ki, AzTU-da da gənc müəllim və əməkdaşların gələcək inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.

Daha sonra universitetin ictimai həyatında fəallıq göstərən AzTU-nun gənc əməkdaş və müəllimləri fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Tədbirin sonunda “AzTU Gəncləri 2023” müsabiqəsinin qaliblərinin adı açıqlanıb.

Müsabiqənin nəticəsinə əsasən, 3-cü yer üzrə Nuran Süleymanova “AzTU-da ilin gələcək vəd edən gənci”, 2-ci yer üzrə İsmayıl İsmayıl “AzTU-da ilin peşəkar gənci”, 1-ci yer üzrə Qoşqar Rəsulov “AzTU-da ilin gənci” nominasiyası üzrə qalib elan olunub.

Qaliblərə AzTU HİK tərəfindən pul mükafatı və fəxri fərman təqdim olunub.

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir