İlqar və Vüqar Əhmədov qardaşları – Zəfər yolu, Haqqın yoludur!

5 min read

UNUTMAYAQ, TANIYAQ VƏ TANIDAQ!..

   Əziz həmvətənlər,  İlqar və Vüqar Əhmədovlar ailənin iki oğul övladı olublar. Hər iki övladı Haqq dərgahına qovuşan “İki oğul acısı” kitabını AMEA MEK-də yaradılmış “Qarabağ müharibəsi qəhrəmanları” Fonduna təqdim edən Leyla xanımın çox təsirli çıxışını, övladının hər anını sonsuz sevgi ilə bizlərlə bölüşdüyi video matrealları sizlərə təqdim edirəm.

İlqarın arzusu dənizçi olmaq idi. Əslən Qubadlı rayonundan olan, 1978-ci ilin   aprel ayının 6-da Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində  dünyaya gələn – İlqar Əhmədovun arzusu dənizçi olaq idi. İlqar Əhmədov orta məktəbi bitirdikdən sonra Dənizçilik Akademiyasının Elektrotexnika fakültəsinə daxil olub. Ali Dənizçilik Akademiyasında təhsili alırdı. Lakin ermənilərin torpaqlarımıza qarşı təcavüzü, azğın əməlləri onu təhsilini yarımçıq qoyub hərbi xidmətə getməyə sövq etdi. 1998-ci ildə dördüncü kursda oxuyarkən könüllü olaraq hərbi xidmətə yollandı. Bir il səkkiz ay kəşfiyyatçı kimi qulluq elədi. 2000-ci il yanvarın 26-da Ağdərə postunda kəşfiyyatdan qayıdarkən minaya düşərək şəhidlik zirvəsinə ucalmışdır.

  

Şəhidin təhsil aldığı 100 nömrəli məktəbin direktoru Gülnarə Məmmədova və müəllimlər İlqar Əhmədovun göstərdiyi qəhrəmanlıq nümunəsindən və şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsindən onun keçdiyi döyüş yolunun öyrənilməsidir söyləyirlər. Şəhidin qohumu və uşaqlıq yoldaşı Əkrəm Həsənov ürək sözlərini belə ifadə edir: “İlqar məndən bir yaş böyük olsa da, hər yay ata-baba yurdu Qubadlıya gələrdi. Bir yerdə çayda çimər, futbol oynayar, bağları, kövşənləri gəzərdik. Onda doğma yurdun təbiətinə qarşı qəribə bir heyranlıq var idi. Onunla son görüşümüz şəhid olmamışdan üç-dörd ay əvvəl oldu. Nə qədər çalışsaq da, onu yolundan saxlaya bilmədik. Döyüş yoldaşlarını, kəşfiyyatçı dostlarını tək qoymaq istəmirdi. Elə bil şəhidliyə tələsirdi…”

İlqar Əhmədovun anası Leyla xanım övladları haqqında : Biz öz övladlarımızı Vətən üçün yararlı, tərbiyyəli, savadlı, qorxmaz,zəhmətsevər böyütmüşük. Hər ikisi  çox vətənpərvər, yurdsevər bir övlad idilər.İlqar təhsil almağına baxmayaraq onu heç cür hərbi xidmətə getməkdən çəkindirə bilmədik. Təhsilini yarımçıq qoyub cəbhəyə yollandı və 22 yaşında haqqın dərgahına ucaldı. Ötən il yaşadığı küçədə onun barelyefi açıldı. Oğlumun xatirəsini əziz tutan və onu yad edən hər kəsə ailəmin adından təşəkkür edirəm”. İlqarın kiçik qardaşı Vüqar Əhmədov 1986-cı ilin 3 noyabr tarixində dünyaya gəlib və 2011-ci ilin 30 avqust tarixində İlqar Əhmədovun Şəhidliyindən 11 il sonra, gənc yaşlarında – cəmi 25 yaşında, qəflətən və vaxtsız şəkildə dünyasını dəyişib.

Hər iki qardaş Sumqayıt şəhər qəbiristanlığında dəfn olunublar.

Hər ikisi də subay olub. Nurlar içində yatsınlar!

      Övlad itgisinin acısını yaşayan Adil ata, Leyla ana övladlarının xatirəsini yaşadırlar. Şəhid və Qazi ailələri ilə görüşür.Xeyriyəçi kimi Şəhidlər bulağı açıblar.Dövlət tərəfin Şəhid ailələri üçün verilən təqaüdü xeyriyyə üçün xəcrəyirlər.Yaşlı vaxtlarında övladlarını itirən, övladsız qalan ata ana Allahın onlara yazdığı qismətə rəğmən şükür edirlər övladları Haqq dərgahınin uca məqamda olmasına. Vətən yolunda şəhid olmuş hər bir igidimizin xatirəsinin daim əziz tutulması önəmlidir, şəhidlərimiz hər bir zaman bizim fəxr yerimizdir.

Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz! Qədrini bilmək, uğuruna imza atmaq hər bir kəsin namus işidir! Haqq işi uğrunda can verən Oğullar Vətəni canı və qanı bahasına qoruyurlar,müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Torpağında Şəhid yatan Qarabağımız var! Ya qalib, ya qazi, ya şəhid olmaq kimi şərəfli yolu seçərək əzmlə döyüşmüş, üçrəngli bayrağı Qarabağda dalğalandıran igid oğulların xatirəsini uca tutaq, gələcək nəsillərə tanıtmaq üçün Qarabağ müharibəsi qəhrəmanlarını Unutmayaq: Tanıyaq və Tanıdaq!

UNUTMAYAQ!

Qan ağlayır analar,beli sınmış atalar!

Övladları Şəhid, Qazi olanlar!

Ailənin yeganə övladını itirənlər!

Nəsli,kökü kəsilənlər!

Şəhid oğullar, başımızın Taçı onlar!

Torpaq uğrunda canlarından keçən,

Namus ləkəsini üstümüzdən silən,

Param parça olan oğullar!

Vətəni qorudular, Zəfər çaldılar!

Doğmaları od tutub yanır!

Hayqırır, göyə qalxır naləsi!

Gedən geri qayıtmayır!

Şəhidlər Uca məqamda!

Unutmayaq: -Məkirli düşmən,

Fürsət gözləyir!!!

Niyyətindən əl çəkməyib!

Düşmənin hiyləsinə Uymayaq!

Unutmayaq olanları:

-Naləsi Göyə qalxan Anaları!

Şəhid olan balaları!

Yarım çan Qaziləri!

Düşmən əsirlində olanları!

Bır olaq, Məsuliyyətli olaq!

Qarabağ müharibəsi qəhrəmanları Fondu

Hörmət və ehtiramla:

ZÜLFIYYƏ VƏLIYEVA
“Zəfər” İnformasiya Mərkəzinin
zefer.info.az saytının redaktoru,
Respublikanın Əməkdar Müəllimi,
“Vətən və insan sevgisi” layihəsinin rəhbəri

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir