Qarabağ müharibəsi qəhrəmanları Fondu –
14 min readUNUTMAYAQ: TANIYAQ VƏ TANIDAQ!..
Zəfərimiz Sərvətimiz xalqımızın, dövlətimizin varlığıdır! Gözün aydın, Azərbaycan Dünyası! Qələbələr icərisində Ən böyük Qələbə Zəfər günün! Möhtəşəm Qələbədə hamımızın payı var! Vətən həmişə igid, qorxmaz oğulların çiynində dayanıb! Torpaqlarımızın azad olmasında iştirak edən hər gəncimizin göstərdiyi igidlik və şücaət Qürurvericidir! Qorxmaz oğulların düşmən üzərində çalınmış qələbədə rolu bir nümünədir.
Unutmaq olmaz: – Xalqımıza Zəfər gününü yaşatmaq üçün minlərlə Şəhidi olan oğülları, Qaziləri, on minlərlə qətlə yetirilən günahsız insanları, qocaları, qadınları, körpələri, viran edilmiş torpaqları! Məkirli cəllad olan, yeri yurdu olmayan, malına, mülkünə, sərvətinə, mənəviyyatlına, zərbələr vuran, niyyətindən bir anda olsa çəkilməyən düşməni Unutmayaq!
Vətən Sevdalı oğullar! Qələbənin qorunması üçün məsuliyyət hissini Unutmayaq! Vətəndən öncə heç nə yox Unutmayaq! Gələcək nəsillərin rahat, təhlükəsiz yaşaması naminə, nəfsimizə müxalif olaq, bir olaq, Yumruq olaq!
Unutmaq olmaz! Unutsaq unudularıq! Övladı Şəhid və qazi olan valideynlərin istəyi: – Diqqət və qayğı, övladlarnın yad olunması təskinlikləridir! Mənəvi dəstəyə ehtiyacları var! Bütün Şəhidlərin, o, cümlədən yeganə övladını itirən valideynlərə səbr diləyirik!
Düşməni məhv etməyə gücümüz yetərlidir!
Azərbaycan Ordusu qüdrətlidir!
Düşməni diz çökdürən,
Ağ bayraq qaldırmağa məcbur edən oğullar!
Şəhid olub, Qazi olan Oğullar!
Şəhidlər Ölməz, Vətən bölünməz!
Unutmayaq olanları:
-Naləsi Göyə qalxan Anaları!
Şəhid olan balaları!
Yarım çan Qaziləri!
Düşmən əsirlində olanları!
Bu döyüşlərdə Şəhid olanları!
Unutmayaq!
Bır olaq, Qətiyyətli!
Əldə olan Qələbəni qorumaq üçün,
Bir Yumruq olaq!
Məsuliyyətli olaq!
Düşməndən aman gözləyərək onun tərəfdarlarına yarınmaqın acı nəticəsini zaman zaman yaşayanların aqibətlərini yada salaq, olanlardan nəticə çıxaraq! Düşmənə məhəbbətli,Özünə nifrətli olmaq fəlakətdir! Bağışlanmaz günahdır! Unutmayaq!!!
Cənnət Məkan Qarabağ torpaqlarının mənfur düşmən tapdağından azad olunması Azərbaycan respublikasının sərhədlərinin bərpası, torpaqlarımızın mənfur düşmən tapdağından təmizlənməsi, yeni Tarixin yazılması, Xalqın, Ordunun, Güclü liderin birliyinin təntənəsidir! Ədalət Zəfər caldı! Həyata kecirilən siyasi kursun böyük, möhtəzəm nəticəsidir: -Son 200 ildə torpaqlarımızın azad olunmasında əldə edilmiş Qələbə! Güclü Liderin siyasi arenada səriştəli diplomatik fəaliyyəti, siyasi iradə, möhkəm Xalqın Birliyini əks erdirən Dəmir Yumruq düşmənin bel sütünu qırdı! Dünya Azərbaycanın hərbi qüdrətinə, XXI əsrin müharıbə taktikasına heyrət etdi! Öyrənilməli Nümünə!
Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə – Azərbaycanımıza borcluyuq. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Həyatda yaşadığın qədər yaratmaq, xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etməkdir.
Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq” – istiqamətində aparılan işlərin nəticələri sevindiricidir.
Unutmayaq: Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. Vətənin sevən Vətən oğulları. Onlar Azərbaycan xalqının 30 illik Vətən həsrətinə son qoydu. Milyonlarla insanın vətən həsrətinə son qoymaq naminə öz canlarından keçən bu igidlər xalqın, əzizlərinin ürəyində yaşayacaq.
Bol sərvətli, həm dövlətli, İnsanları Qabiliyyətli, Elmli, Zəkalı, Dühalı məmləkdir Azərbaycan! Suveren Dövlətlərimiz Qorunmalı! Bəşəriyyətin, İsanlığın, Vətənin qorunması bu gün hər kəsin qarşısında duran, həllini gözləyən məsələdir. Müstəqil dövlətimizin qorunması dünyanın hər cür var dövlətindən, nemətindən qiymətlidir!
Zəfər yolu, Haqqin yoludur!
Vətən sevdalı oğulların yoludur!
Bir yumruquq, Birliyimiz Əbədi!
Sözümüzün var kəsəri!!
Vətən daşı olmalı Qorumalı, Qorunmalı!
Dövlət Suverenliyinin Möhrü Vuruldu!
Qəlbimizdə Vətən Sevgisi olmalı!
Vətənini düşmən tapdağından azad etmək üçün canından can verən oğullara,
Tarixə Zəfər gününü yazanlara eşq olsun!
Qarabağın düşmən tapdağından azad olunmasında 44 günlük Vətən müharibəsində Güclü Liderin, Güclü Ordunun, Güclü Xalqın Birliyi nəticəsində möhtəşəm Qələbənin qazanılmasında şəhid olan oğulların əziz xatirəsinin əbədiləşdirilməsi, onların qəhrəmanlıqları nümunəsində gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi üçün görülən hər bir iş təqdirəlayiqdir.
44 günlük Vətən müharibəsindən sonra 2020-ci il 24 İyunda kitabxana sistemində ilk olaraq AMEA MEK-də “Qarabağ müharibəsi qəhrəmanları” Fondu yaradılmışdır. Vətənimizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda canından-qanından keçmiş hər bir Vətən oğlunun fədakarlığının unudulmaması, şərəfli bir tarixin gələcəyə ötürülməsi yolunda çalışmaq fondun ümdə vəzifələrindən biridir. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK-nin müdiri Texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Nüseynov) 4 ildir fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” Fondu tərəfindən (Fondun rəhbəri Röksanə Səfərzadə) I, II Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri qəhrəmanlarının ailələri ilə əlaqələr yaradıb, görüşlər təşkil edərək, onlar haqqında məlumatlar, video materiallar, fotoşəkillər toplanılaraq, sənədləşdirilmiş formada qorunub saxlanılır. Fondda Azərbaycan Respublikasının, üzərində 44 günlük Vətən müharibəsinin qələbəsini bizlərə yaşadan igid oğullarımızın adları həkk olunan “Zəfər memarları” adlı xəritəsi hər bir kəsdə qürur hissi yaradır.
Şəhidlərimizin oxuduqları şəxsi kitablarından ibarət güşə də fondda xüsusi yer tutur. Şəhid oğullarımıza həsr olunmuş qiymətli kitablar müəllifləri və şəhid ailələri tərəfindən fonda hədiyyə olunmuşdur. Hər ay doğum günü olan şəhidlərimizin şəkillərindən hazırlanmış videoslaydlar infoköşkdə yayımlanır, həm də onlara məxsus məlumatlar xüsusi guşədə sərgilənir.Qarabağın tarixi, ədəbiyyatı, coğrafiyası, siyasəti və milli-mədəni irsinə, həmçinin Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşlərinə həsr edilmiş kitab və qəzetlər fondda mühafizə olunur. Hal-hazırda fondda 1386 sayda kitab mühafizə olunur. Qarabağ fondunun yaratdığı Facebook səhifəsi və bu səhifədə qəhrəmanlar haqqında məlumatlar, onların doğum günlərini dərin hörmət və ehtiramla yad etmək qəhrəmanların ailələri tərəfindən AMEA MEK-ə böyük rəğbət qazandırmışdır.
Qarabağ müharibəsi qəhrəmanları fondu yarandığı gündən hər kəsin, xüsusən də gənc nəslin nümayəndələrinin marağına səbəb olmuşdur. Gələn qonaqlar fonddan zəngin təəssüratla ayrılırlar. Qəhrəmanlarımızın təbliğ olunması məqsədilə Qarabağ fondunun rəhbəri və əməkdaşlarının birgə zəhməti sayəsində 2022-ci il sentyabr ayının 27-də CBC FM radiosunda “Vətən uğrunda” adlı verilişin ilk buraxılışı yayımlanmışdır. Qalib oğullarımızın həyat və döyüş yolu, göstərdikləri misilsiz igidlik haqqında söhbətlər azad etdikləri torpaqlarda – Qarabağda yayımlanmaqdadır.
Qarabağ fondu şəhidlərə həsr olunmuş kitab və film təqdimatlarında da fəal iştirak edir. Bundan başqa şəhidlərin ildönümlərində şəhid ailələri, şəhid məzarları ziyarət olunur.
Qarabağ fondunun yarandığı gündən keçirdiyi tədbirlər:
-“Bayrağın qürur duyduğu gün – Zəfər günü”;
-Symqayıt şəhidlərinin ailə üzvləri ilə Dəyirmi masa;
-Fizuli şəhidlərinin ailə üzvləri ilə görüş;
-Saatlı və Bərdə rayon qaziləri ilə görüş;
– Bakı, Kürdəmir, Şəki, Mingəçevir, Naxçıvan, Qazax, Fizuli, Sumqayıt, Quba, Şirvan və s. bölgələrin qaziləri və şəhid ailələri ilə görüşlər;
Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımının 3 ildönümü ilə əlaqədar tədbirlər;
-“Vətən savaşında Azərbaycan anası” mövzusunda Dəyirmi masa Vətən müharibəsi şəhidi baş leytenant Həsənağa Abdullazadəyə həsr olunmuş “Bu dünyanın Həsənağası” adlı film və kitab təqdimatı;
-Şanlı Aprel döyüşlərinin 7-ci il dönümü ilə əlaqədar “Zəfərə gedən yol Sizinlə başladı” adlı tədbir;
-Vətən müharibəsi şəhidi Elşən Müslümovaun xatirəsinə həsr olunmuş “Hər iki dünyada cənnət mələyim” adlı kitabın təqdimatı;
Azərbaycan Silahlı Qüvvələri “Azərbaycan Milli Ordusu: dünən, bu gün, sabah” mövzusunda;
“Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri” ;
-44 günlük Vətən müharibəsinin könüllü şəhidi rəssam Rauf İbadovun xatirəsinə həsr olunmuş “Rəssam-kəşfiyyatçı” kitab təqdimatı və “Sizə yadigar qalsın” adlı rəsm sərgisi;
-Qarabağ müharibəsi qəhrəmanları fondunun keçirdiyi ulu öndər Heydər Əliyevin 101 illiyi çərçivəsində Dəyirmi masada Qarabağ veteranı polkovnik Vaqif Cəfərovun qızı t.ü.f.d. Cəmilə Həsənovanın “Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti” adlı kitabının təqdimatı;
-Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin əziz xatirəsinə həsr edilmiş videoçarx hazırlanmış və ailəsinə təqdim edilmişdir. Həmin videoçarx Mərkəzi Elmi Kitabxananın yutub səhifəsində və digər sosial şəbəkələrdə yayımlanmışdır.
Mütəmadi olaraq şəhid ailələri, qazilər, müharibə iştirakçıları fonda dəvət olunur və onlara fond haqqında ətraflı məlumatlar verilir. Fondu Türkiyə, Özbəkistan, Almaniya, Polşa, Belarusiya, Gürcüstan, Macarıstan və s. ölkələrdən gələn qonaqlar da ziyarət etmişlər. Mərkəzi Elmi kitabxanada qonaq olan nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Sancar fondun qonaq olmuşdur. Fondu AMEA İnstitutlarının əməkdaşları, universitetlər, məktəb və liseylər, müxtəlif təşkilat və kitabxanalardan gələn qonaqlar ziyarət etmişlər.
Qarabağ fondunun rəhbərinin dəstəyi ilə artıq 4 ildir ki, “Бакинский рабочий” və “Каспий” qəzetinin əməkdaşları Qarabağ müharibəsi qəhrəmanları fondunda şəhid ailələri, qazi və iştirakçılar ilə görüşür, onlardan aldığı müsahibələri müntəzəm oaraq işıqlandırırlar. Bu gün Vətənimizin müharibə tarixini canlı olaraq yaşamış igid oğularımızın qəhrəmanlıq tarixi haqqında olan məlumatlar, artıq hər kəsin istifadə edə biləcəyi istinad mənbəyinə çevrilmişdi. Bütün bunlar dərsliklərin, kütləvi informasiya vasitələrinin və təşkilatların, oxucu kütləsinin zəngin istinad nöqtəsi olaraq, qəhrəmanlıq tariximizin bütün zamanlar üçün sistemli şəkildə düzgün ötürülməsinə və dəyərləndirməsinə imkan yaradır.
2 dekabr 2024-cü ildə “Qarabağ müharibəsi qəhrəmanları” Fondundaa Şəhidlərə həsr olunmuş kitabların MEK-ə təqdim edilməsi ilə bağlı Dəyirmi masa keçirilmişdir. Görüşdə ilk olaraq Fondun rəhbəri Röksanə xanım Səfərzadə 44 günlük Vətən müharibəsindən sonra dövlətin dəstəyi ilə MEK-də yaranan fondun əsas məqsədlərindən, fəaliyyətindən, eləcə də burada toplanan nəşrlərdən bəhs edərək qeyd etdi ki, yarandığı gündən etibarən fondda şəhidlərin əziz xatirəsi daim anılır, ailə üzvlərinin, yazıçıların, ictimai xadimlərin iştirakı ilə tədbirlər keçirilir.Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in Kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun xalqımıza yaşatdığı möhtəşəm Qələbədən sonra Vətən müharibəsi ilə bağlı yazılan kitabların sayı çoxalır. “Bu fondda da məhz Qarabağ, 44 günlük müharibə, eləcə də şəhidlərimizin hər biri haqqında zəngin informasiya qorunur, bu məlumatların zənginləşməsində isə şəhid ailə üzvlərinin əməyi əvəzsizdir”, – deyə direktor müavini qeyd edib və onların hər birinə təşəkkürünü bildirdi.
Daha sonra şəhid anaları Vətən, torpaq, böyük amallar uğrunda özlərini qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan igid oğullar haqqında xatirələrini bölüşüb, keçdikləri həyat yolundan bəhs ediblər. Şəhid ailə üzvləri şəhid kəşfiyyatçı İlqar Əhmədov və onun qardaşı Vüqar Əhmədova, şəhid Toğrul Hacıyevə, şəhid Rövşən İsmayılova, şəhid baş leytenant Cəmil Nəcəfova, şəhid Fəxrəddin Qurbanlıya həsr olunmuş “İki oğulun acısı”, “Səhnədən səngərə”, “Şərəfli zabit ömrü”, “Sonunu düşünən qəhrəman olmaz”, “Xeyirxah insan” adlı kitabları, həmçinin şəhid Vüsal Məmmədov haqqında çəkilmiş sənədli filmi Mərkəzi Elmi Kitabxanaya təqdim ediblər.
Güclü lider, Güclü ordu,
Xalqin birliyinin Qələbəsidir!!!
Qürürludur Qarabağlı Azərbaycan!!!
Şuşalı, Ağdamlı, Laçınlı, Kəlbəcərli,
Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocavənd,
Xankənd, Xocalı, Hadrut, Ağdərə,
Zəngəzurlu, Göyçə göllü Azərbaycan !
Dünyanın İpək Yoludur Azərbaycan!
Al qumaşın zirvələrdə dalğalanır!
Ağri dağda Qoşa bayraq dalğalanır!
Xari bülbülü ətir saçir!
Şükürlər olsun Allah!
Birliyimiz daim olsun nar kimi!
Nar içində oian dənələr kimi!
Düşmənə qalib gəlməyin yoluda məlum:
-Birliyimiz, Əqidəmiz, Vətən, İnsan sevgimiz!
Biz veriləni qorumaq üçün məsuliyyət daşıyırıq! Şükür uğur, Qələbə qazanıldı qorumaq və möhkəmləndirmək gərəkdir! Allaha sınıb gücünə güvənmək, bir yumruquq olmaq gərəkdir! Vətənin qorunmasından önəmli heç nə yox və ola bilməz! Qədrini bilmək,uğuruna imza atmaq hər bir kəsin namus işidir! Dünya dəyişir. Haqq işi uğrunda can verən Oğullar var! Vətəni canı və qanı bahasına qoruyanlar! Şərəf, qürur yeri, son mənzil olan Vətən naminə məsuliyyətli olaq! Azərbaycan məktəbi, Azərbaycan müəllimi fəxr edib, qürur duyur. Onun yetirmələri müstəqil dövlətimizin tarixi torpaqlarını düşmən tapdağından təmizlənməsinə imza atmışlar! Torpağında Şəhid yatan Qarabağımız var! Birliyimiz ən parlaq Qələbəmiz!
Ya qalib, ya qazi, ya şəhid olmaq kimi şərəfli yolu seçərək əzmlə döyüşmüş, üçrəngli bayrağı Qarabağda dalğalandıran igid oğulların xatirəsini uca tutaq, gələcək nəsillərə tanıtmaq üçün Qarabağ müharibəsi qəhrəmanlarını.
Unutmayaq: Tanıyaq və Tanıdaq!
ZÜLFİYYƏ VƏLİYEVA,
“Zəfər” İnformasiya Mərkəzinin
zefer.info.az saytının redaktoru,
Respublikanın Əməkdar Müəllimi,
“Vətən və insan sevgisi” layihəsinin rəhbəri
ZiM.Az
.