Prezident Rəşad Məcidi təltif edib –

1 min read

TƏBRİK EDİRİK!..

Azərbaycan Mətbuat Şurasının sədri
Rəşad Museyib oğlu Məcidov (Məcid) 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

ZiM.Az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, R.Məcid Azərbaycanda media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə adıçəkilən ordenlə təltif olunub.

Qeyd edək ki, avqustun 21-də Rəşad Məcidin 60 yaşı tamam olur.

 

REDAKSİYADAN:

Biz də ZiM.Az-ın yaradıcı heyəti adından
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidi
Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyev tərəfindən
2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunması və
eyni zamanda, fürsətdən istifadə edərək,
həm də, anadan olmasının 60 illik yubileyi münasibətilə
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, şərəfli fəaliyyətində
daha böyük uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
AYB-nin və AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdçüsü

ZiM.Az

.

Muəllif huquqları qorunur.

Məlumatdan istifadə etdikdə istinad mutləqdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir