ƏHMƏD HƏKİM
3 min readOxucularımıza təqdim etdiyimiz Əhməd Qorxmaz oglu Suleymanov – 2000-ciI ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. 2006-cı ildə duğma kəndlərindəki orta məktəbin 1-ci sinifinə gedib. Elə həmin ildən həm də Yunan-Roma güləşi üzrə idmanla da məşğul olmağa başlayıb. Əvvəlcə məktəb, daha sonra rayon yarışlarında uğurla iştirak edib. Daha sonralar isə bir bir neçə dəfə rayonlar-arası yarislardan qələbə qazanıb. 2016-2017-ci illərdə 2 dəfə Respublika çempionu olub. 2017-ci ildə orta məktəbi bitirib. 2018-ci ildə musiqi mektebinə qəbul olub, forte-piano uzrə oxumağa başlayıb. 2020-ci ildə karona virusu səbəbindən təhsilini yarımçıq qoyub. 2021-ci il Moskvaya gedib, bir müddət orada çalışıb. 2022-ci ildə vətənə qayıdıb, Tibb kollecində təhsil alıb, tibb qardaşı və əczaçı ixtisaslarına yiyələnib.
Əhməd Suleymanov hazırda tanınmış iş adamı, el ağsaqqalı, “Viləş” Futbol Klubunun keçmiş prezidenti, Masallı rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini, xeyirxah insan Hacı İldırım Allahyarovun rəhbərlik etdiyi Masallı “İsti-su” sanatoriya və istirahət mərkəzində Baş həkimin köməkçisi vəzifəsində çalışır.
Əhməd Qorxmaz oğlu qısa bir müddətdə sanatoriyanın işçiləri arasında böyük hörmət və nüfuz qazanıb. Hamı onu ilkin təcili tibbi yardımçı kimi tanıyır.
O, həm də, tez bir zamanda sanatoriyaya dincəlməyə gələnlərin də sevimlisinə çevrilir.
Məktəb illərində yaxşı idmançı olduğu üçün hamı onu “Əhməd Zərbə” deyə çağırırdı.
İndi isə İsti-su sanatoriyasında hamı ona “Əhməd həkim” deyə müraciət edir.
Elə buna görə də, biz də onu oxucularımıza elə “Əhməd həkim” kimi təqdim edir, ona yeni-yeni uğurlar arzulayırıq!..
Və sonda AYB-nin və AJB-nin üzvü, “Yurd” nəşriyyatının və “Yurd.İnfo.Az” saytının Baş redaktoru MƏLAHƏT SAHİBQIZInın Əhməd Süleymanova həsr etdiyi bir şeiri dəyərli oxucularımızın ixtiyarına veririk.
ZiM.Az
ƏHMƏD HƏKİMƏ
Qədəm basıb iş yerinə gələndə,
Xəstələri dindirəndə, güləndə.
İnsanların şəfasını verəndə,
Ürək açır əməllərin, ay Əhməd.
Şirin sözlər ələndikcə dilindən,
Xəstə olan qalxıb, gəzir yerindən,
Şəfa tapır sənin sirli əlindən
Ümidlərin üzməyirlər, ay Əhməd!..
Üzündən nur yağır hər zaman sənin,
Şəfasın verirsən hər bir xəstənin.
Qeyrətli oğlusan gözəl Vətənin,
Unutmarıq əməyini, ay Əhməd.
Doğmasan hamıya öz yaxının tək,
Edirsən onlara hər zaman kömək.
İstəyirsən, sağlam olsunlar gərək,
Bütün igid gənclərimiz, ay Əhməd.
Safdır əməllərin, safdı diləyin,
Qayğısın çəkirsən hər bir xəstənin.
Sağlam canı olsun bura gələnin,
Ən böyük arzundu sənin, ay Əhməd!..
Müşfiq BORÇALI,
AYB-nin və AJB-nin üzvü,
filologiya üzrə fəlsəfə doktoru,
Prezident təqaüdşüsü
23.08.2024
ZiM.Az
.