Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

May 12, 2025

Doğum Günün Mübarək, HƏMİD ORMANLI!..

Bu gün əziz və dəyərli
dostumuz-qardaşımız,
tanınmış publisist,
çox hörmətli
saz-söz bilicisi
Həmid Ormanlının
Ad günüdür!.
Həmidi ürəkdən təbrik edir,
ona uzun ömür,
möhkəm cansağlığı
və yeni-yeni uğurlar
arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az

Həmid Bayram oğlu Qa­ralov – 1982-ci il yanvarın 15-də qə­dim Borçalı mahalının Başkeçid adlanan əsrarəngiz gözəl cənnət bir məkanında – indiki Gürcüstan Respublikasının Dmanisi rayonu­ndakı Or­­meşən kəndində anadan olub.
Azər­­baycan Texniki Uni­versitetində texnaloji sənaye ma­­­şınları və avadanlıqları mühəndisi ixtisasına yiyələnib (1998-2002).

2002-2003-cü illərdə hərbi xidmət borcunu şərəflə yerinə yetirib.

2004-cü ildə ARDNŞ-nin “Azərneftyağ” Neft
Emalı Za­vo­dun­da
nəzarətçi vəzifəsinə işə düzəlib və qısa vaxt ərzində
nə­zarətçilərin növbə rəisi vəzifəsinədək yüksəlib.

Hazırda mexanik vəzifəsində çalışır.

Saza-sözə dəyər verən, sazın-sözün vurğunu olan Həmid Ormanlı
həm də bu qədim el sənətinin bilicisi kimi tanınır.

1997-ci ildən mütəmadi olaraq dövrü mətbuat orqan­la­rında poetik və publisistik yazılarla çıxış edir.

O, həm də 2007-ci ildən “Ba­kı-Ceyhan” qəzetinin Baş re­dak­torudur.

 

(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. III cild. Bakı, “Borçalı”, 2016, səh. 739)

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir