ZAUR MƏZAHIROĞLU (1977)

4 min read

 

 VƏTƏNPƏRVƏR MÜƏLLİM

 Vətənpərvərlik öncə ailədən, sonra isə mək­təbdən başlayır. İndi haqqında söz aça­cağım dəyərli insan, vətən­pər­vər zi­yalı Zaur Məzahiroģlu (Əh­mə­dov) 1977-ci il­də Agdaş rayonunun Yuxarı Ağcayazı kən­­dində anadan olub. 1984-1988-ci illərdə Ağdaş rayonundakı Maqsud Şeyxzadə adına İnternat məktəbin­də, 1988-1994-cü illərdə Dəhnəxəlil kənd tam or­ta məktə­bin­də təhsil alıb. 1995-1998-ci illərdə Azərbaycan Res­pub­likası Sər­həd Qoşunlarında çavuş rütbəsində həqiqi hərbi xid­mətdə olub. 2002-2006-cı illərdə Gəncə Dövlət Uni­versitetində fran­sız dili filologiyası ixtisasına yiyələnib. 2006-2008-ci illərdə Ağdaş ra­yon Qoşaqovaq kənd tam orta məktəbində fransız dili müəlli­mi işləyib. 2012-2013 cü illərdə Azərbaycan Respublikası Təhsil İnstitutunda (keçmiş Pedaqoji Kadrların İxtisasartırma və Ye­ni­dən­hazırlanma İnsti­tu­tu) Azərbaycan dili və ədəbiyyatı  müəl­­­li­mi ixtisasına yiyə­lənib. 2016-2017-ci illərdə Tofiqi kənd tam or­ta mək­təbində hər­bi rəhbər, 2017-ci ildən Ağ­cayazı kənd Tər­lan Kərimov adına tam orta məktəbində tərbiyə işi üzrə təş­kilat­çı-müa­vin vəzi­fəsində fəaliyyət göstərir. Müxtəlif mət­buat or­qan­la­rın­da və sosial şəbəkələrdə elmi mə­qalə və şeirləri ilə çı­xış edir. “Haq­qın Nişanəsi” və Ulu Öndərimizin həyat və fəa­liyyətini əks etdirən “Siyasət Zir­­sinin Fəthi” poeması  daxil olan “Xə­yal­dan Ger­çəyə” kitablarının və iki elmi mə­qa­lənin müəl­lifidir.

Ha­zırda doģulduģu Yuxarı Ağcayazı kəndində ya­şayır.

Ailəlidir,iki övladı var.

Biz də Zaur Məzahiroğluna gələcək işlərində və yaradıcılı­ğında yeni-yeni uğurlar diləyirik.

Raziyə KAMİLQIZI
AYB və AJB-nin üzvü

 

 

GÖZÜN AYDIN,

AZƏRBAYCAN

 

İgidlərin qisas aldı,

Sarılaraq silahına.

Qazandığın şanlı zəfər

Çıraq oldu sabahına,

Gözün aydın Azərbaycan.

 

Birləşərək dəmir yumruq
Oldu bütün millətimiz
Ləkə vardı alnımızda
Təmizlədi qeyrətimiz
Gözün aydın Azərbaycan.

 

Daha azad nəfəs aldı
Çölün,düzün,meşən,dağın
Tumarlandı sevgimizlə
Əziz, doğma Qarabaģın
Gözün aydın Azərbaycan.

 

Öz bağrında əzizləyir
Şəhidini ana torpaq,
Xankəndinin səmasında
Xoşallanır ulu bayraq,
Gözün aydın Azərbaycan.

 

Haqqa doģru gedən yolun
Tarix boyu düyün, haça

Çıxdın zaman sınaģından
Alnı açıq başın uca
Gözün aydın Azərbaycan.

 

Od-alovlar ölkəsisən
İgidlərin od parçası
Şəfa tapdı zəfərinlə
Xalqımızın qəlb yarası.
Üzün aydın Azərbaycan!
Sözün aydın Azərbaycan!
Gözün aydın Azərbaycan!

 

 

ANA DİLİM

 

Məni mən eyləyib yoxdan yaradan
Tanrının duası ana dilimdir.
Yadelli dillərə boyun əyməyən
Dilimin.qalası ana dilimdir.

 

Əcdadımdan qalan əmanətim də
Şərəfim,vicdanım, ləyaqətim də
Sevgiylə yoğrulan hələ bətndə
Ruhumun mayası ana dilimdir.

 

Sözlərin.boyunu ucaldıb göyə
Çevirər mənanı xoş mənzərəyə.
Doğmalıq hissiylə yatan ürəyə
Dillərin atlası ana dilimdir.

 

Tutub vicdanımda uca zirvəni
Dəyərin.ipiylə vurar ilməni
Böyüdüb dağ edən sözü,kəlməni
Nitqimin.baxçası ana dilimdir.

 

Dildir mənliyimi sübut etdirən
Qəlbimizdə sevgi gülü bitirən
Şirin.yuxularda məni gəzdirən
Anamın laylası ana dilimdir.
Anamın.laylası ana dilimdir.

 

YAŞ

 

Bu gün tale aģacından
Bir yarpaq da qopardı yaş.
Qəlb evindən saçlaradək
Ağ yol çəkən memardı yaş.

 

Sevgi yağır narın-narın
Ömrümüzün baxçasına
Arzuları, xəyalları
Yığıb hikmət boxçasına.

 

Dünənlərdən, sabahlara
Gedən yolda çapardı yaş.

Ömrün xəzan küləyində
Sinə gərib bərkidi yaş.

 

Qəm, sevinci daşıyaraq
Gedən yolda qatardı yaş.

Bu yaş ömrə bir yazıdı
Həm payızı həm yazıdı,
Taleyin.bəxt ulduzudu,
Axan giley-güzardı yaş
Qocalığa tumardı yaş.

 

Baxar hər an sevgi ilə
Taleyinin budağından.
İçər bəzən qurtum-qurtum
Ahıllığın bulağından.

 

Ötən yaşa bir vağzalı
Qoşub çalan bir tardı yaş.

Ruhumuzun, baxışında
Öz ömrünü yaşayır yaş.

 

Alnımın tər, qırışında
Halal zəhmət mənə daş-qaş
Məni məndən qopardı yaş,
Məni məndən qopardı yaş.

 

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir