Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Bu gün

Gəncə Texnologiya

Universitetinin rektoru

Yaşar Ömərovun

ad günüdür!..

 

Çox hörmətli

Yaşar müəllimi

Ad günü münasibətilə

ürəkdən təbrik edirik!..

 

Ona uzun ömür,
möhkəm cansağlığı,
elmi-pedaqoji və
ictimai fəaliyyətində
yeni-yeni uğurlar
arzulayırıq!…

Müşfiq BORÇALI.

 

Yaşar Adil oğlu Ömərov – 1 dekabr 1977-ci il Bakı şəhərində anadan olub.
1984-1994-cü illərdə Bakı şəhər 52 nömrəli orta məktəbində təhsil alıb.
1995-ci ildə BDU-nun Biologiya fakültəsinə daxil olub və 1999-cu ildə həmin fakültənin Biokimya ixtisası üzrə bakalavr pilləsini bitirib.
1999-cu ildə Biologiya fakültəsinin magistratura pilləsində təhsilini davam etdirib.
Həmin il BDU-nun Biokimya və biotexnologiya kafedrasında laborant kimi fəaliyyətə başlayıb.
2001-cil ildə BDU-nun aspiranturasına daxil olub.
2007–ci ildə “Alma meyvələrinin fosfofruktokinazasının öyrənilməsi və onun meyvələrin yetişmə prosesində rolu” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib.
2002-ci ildən – baş laborant, 2005-ci ildən isə – laboratoriya müdiri vəzifələrində çalışıb.
2008-ci ildən Biokimya və Biotexnologiya kafedrasında müəllim, 2010-cu ildən isə Biologiya fakültəsinin dekan müavini vəzifəsində işləyib.
“Qida məhsullarının saxlanılması biokimyası” (mühazirə), “Molekular biologiya” (mühazirə), “Hematologiya” (mühazirə) və “İmmunologiya” (seminar) fənlərini tədris edib, Böyük İxtisas Təcrübəsinə rəhbərlik edib.

2014-cü ildə məsul vəzifəyə irəli çəkilib. Əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirib və Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində, 2019-cu ildən isə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.

2021-ci ilin iyulundan başlayaraq Y.Ömərov Azərbaycan Texnologiya Universitetində rektor (3 ay), elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib.

Azərbaycan Respublikası Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilmişdir.

YAP-ın üzvüdür.

20-dən çox elmi əsərin və 1 dərs vəsaitinin müəllifidir.

Ailəlidir. 2 övladı vardır.

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir