Ankara Universitetinin professorları AzTU-da olub

1 min read

Türkiyənin Ankara Universitetinin Tətbiqi elmlər fakültəsinin dekanı, Daşınmaz Əmlakın İnkişafı və İdarəedilməsi bölümünün müdiri professor Harun Tanrivermiş və fakültənin professoru Mustafa Tombul Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

Görüş zamanı Ankara Universitetinin Tətbiqi elmlər və AzTU-nun İqtisadiyyat və idarəetmə fakültələrinin bakalavr və magistr hazırlığı istiqamətində birgə proqramlarda iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, daşınmaz əmlakın idarəedilməsi, layihələrin qiymətləndirilməsi və digər sahələrdə Ankara Universiteti ilə birgə tədqiqatların aparılması da müzakirə olunub.

 

“Ziya”

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir