AzTU-nun rektoru Vilayət Vəliyevin Novruz bayramı münasibətilə təbriki
![](https://zirve.info.az/wp-content/uploads/2023/02/AzTu-tarix-003a.jpg)
Hörmətli müəllimlər və əməkdaşlar! Əziz tələbələr!
Sizi Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm!
Ulu əcdadlarımızdan bizə yadigar qalan bu əziz el bayramı insanlarda dostluq, həmrəylik, xeyirxahlıq duyğularını möhkəmləndirir. Bu bayram bizə ənənələrimizə hörməti, onu yad ünsürlərdən qoruyaraq nəsildən-nəslə ötürməyi öyrədir. İnsanlara ruh yüksəkliyi bəxş edən yaz fəsli Vətənə, torpağa bağlılıq hisslərini gücləndirir.
Bu əziz bayram günlərində bir daha hər birinizə cansağlığı, bahar əhvali-ruhiyyəsi, süfrələrinizə ruzi-bərəkət, işlərinizdə yeni nailiyyətlər arzu edirəm!
Novruz bayramınız mübarək!