AzTU tələbəsi AKM-in təhsil layihəsində 1-ci yerə layiq görülüb –
1 min readAzərbaycan Texniki Universitetinin (AzTU) SABAH qrupları tələbələri (bakalavriat və magistratura səviyyəsi üzrə) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə İsrailin Texnion Universitetinin əməkdaşlığı çərçivəsində keçirilən təhsil layihəsində yüksək nəticə göstəriblər.
Belə ki, AzTU “SABAH Magistratura” proqramlarının kibertəhlükəsizlik ixtisasında təhsil alan Əfqan Qədirov Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) 3-cü dalğasında ən yüksək ortalama göstərici ilə 1-ci yerə layiq görülüb. Digər tələbələrə isə fəqrləndikləri üçün sertifikat təqdim olunub.
AzTU rektoru Vilayət Vəliyev təlimdə qalib olan və uğur qazanan tələbələrlə görüşüb, onlara uğurlar arzu edib.
Qeyd edək ki, təhsil layihəsi çərçivəsində İsrailin Texnion Universitetinin müəllimləri AKM-in 3-cü dalğasına müraciət etmiş 1907 namizədin həm İT biliklərini yoxlayıb, həm də müsahibə bacarıqlarını testdən keçirib. Hər iki mərhələdə uğur qazanmış namizədlərə “Blue team” və “Red team” istiqamətində 6 aylıq təlimlər təşkil edilib.