KUBRA TURAL QIZI: “QANLI ŞƏKİL” (Hekayə) –

5 min read

Kubra Tural qızı Naftalan şəhəri Səməd Vurğun adına 2 say­lı orta mək­təbin 8-ci sinif şagirdidir.Kiçik həcmli hekayələr və bayatılar yazır. Onun yazıları ara-sıra dövrü mət­buat­da və müx­təlif yönümlü anto­logiya­larda çap olunub.

Dəyərli oxucularımıza onun heka­yələrindən birini təqdim edirik

 

QANLI ŞƏKİL

(Hekayə)

 

Vüqarla Tural müharibənin ilk günündən bir yerdə idilər. Azərbaycanın azad olunmuş torpaqlarını düşməndən azad et­mək üçün vuruşurdular. Cəbrayıl rayonunun alınması uğ­run­da mü­barizə gedirdi. Şükürbəyli, Çərəkən, Mahmudlu, Cəfər­abad kəndləri düşməndən azad edilmişdi. Düşmən bu məğlu­biyyəti həzm edə bilmirdi. İgidlərimiz qorxmadan, rəşadətlə vuruşur­du­lar… Doqquzuncu bölüyün əsgərləri də canlarını vətən tor­pağının azadlığı uğrunda sipər etmişdilər. Artıq Cəbrayıl şə­hə­rini düş­məndən azad etmək lazım idi. Sabah səhər tezdən Cəb­rayılın alınması üçün əmr verilmişdi.

Komandir Şixəliyev Turalı səslədi: – Tural, Vüqarla get gör nə var, nə yox oralarda?

Komandir bu sözləri ilə Turalla, Vüqarı kəşfiyyata gön­də­rir­di: – Özünüzdən muğayət olun, düşmən amansızdır. “Dil” gətir­səz əla olar. Əsgərlər hazırlaşırdılar, artıq axşamın alato­ranı idi. Səssiz, asta-asta irəliləyən əsgərlər ətrafa diqqət edir­dilər.

-Ay Tural, buraya kənd deyirlər, heç kəndə oxşamır, xara­ba­lığa oxşayır. İş odur ki, uçurulmuş evlərin daşları da qalma­yıb. Ermənilər bu daşları da yığıb aparıb görəsən?

-Nə, bilim qardaş, bu şərəfsizlərdən nə desən gözləmək olar. Daş yeyəndirlər də.

Əsgərlər asta-asta irəliləyirdilər. Birdən Vüqarın ayağının altından xırıltı eşidildi. O,yerində donub qaldı. Ermənilərin basdırdığı minanı tapdalamışdı: -Tural, Tural, mina! – deyərək Turala səsləndi.

-Tərpənmə  ayağını qaldırma, ağırlığını sal!

Qorxudan Vüqar titrəyirdi.

-Qorxma bu dəqiqə zərərsizləşdirəcəyəm.

Tural bıçağını çıxardıb minanın ətrafını təmizlədi. Əlindəki lazerin saldığı işıqla minanın partlayıcısına gedən məftili tapdı. Onu kəsdi. Sonra aşağı hissəsində bərkidilmiş boltları açdı. Vüqara səsləndi:

-Mən əlimlə saxlayıram, sən yavaş-yavaş ayağını çək.

-Yox, Tural , birdən partlayar.

-Qorxma dedim sənə, mən saxlamışam, ayağını çək.

Ancaq Vüqar yerindən tərpənmədi.

-Yox, qardaş, yox, Tural, ölsək də qoy mən ölüm, sən get, bir­dən partlayar.

Tural Vüqarın getməyəcəyini görüb, əli ilə minanın üstünə bas­dı, o biri əli ilə də Vüqarı itələdi. Tural minanı zərərsizləş­dirdi. Qorxudan, həyəcandan Vüqar titrəyirdi.

-Hə, qardaş, deyəsən getmişdik haa…

Vüqar özünə gəldi. Turalı qucaqladı.

-Sağ ol, qardaş, məni əzrayıla vermədin. Əsgərlər xeyli yol getdilər.

Gözləmədikləri bir hadisə baş verdi. Onlar beş nəfər erməni kəşfiyyatçısı ilə üz-üzə gəlmişdilər. Ermənilərdən biri nəsə bir söz işlətdi. Deyəsən qarşılarındakından parolu soruşurdu. Tu­ral­la Vüqar dillənmədilər. Ermənilər əllərini avtomatlarına at­maq istəyəndə Tural onlardan cəld hərəkət etdi. Avtomatı ilə onlardan qabaq düşmənin beşini də yerə sərdi. Ermənilərdən dör­dü gəbərmişdi, beşinci erməni isə yaralı idi. Tural qayışla er­məninin əlini, qolunu bağladı. Vüqar erməninin silahlarını gö­­türdü. Güllə erməninin qarnından dəymişdi. O zarıyırdı. Tu­ral­la Vüqar onu sürüyə-sürüyə geriyə gətirdilər. Xeyli yol gəl­mişdilər. Çox yorulmuşdular. Tural çəkməsinə qoyduğu ba­laca cib telefonunu çıxartdı. Söndürülmüş telefonu açdı. Ko­man­di­ri­ni yığdı.

-Şıxı baba, ay Şıxı baba, biz gəlirik özümüzlə donuz gəti­ri­rik. Çox ağırdı, kömək edin. Çərəkən istiqamətinə kömək gön­dərin,- deyib telefonu söndürdü  Telefonu yenidən çəkmə­sinin içərisinə qoydu. Heç beş dəqiqə keçməmişdi ki, qarşıdan gizir Elcan və daha iki əsgər göründü.

Səhər açılmışdı. Əsgərlər Cəbrayılın azad olunması üçün döyüşə hazırlaşırdılar. Vüqar Turalı dümsüklədi.

-Qardaş, bax gör günəş nə gözəl çıxıb. Nə gözəl görünür. Müharibə qurtarsaydı mən oğlumun, sən də oğlunun əlindən tu­tub gələrdik buralara… Buraları necə azad etdiyimizi onlara da­nışardıq.

-İnşallah, ay Vüqar, gələrik.

Komandirin səsi eşidildi.

-Ay Tural, o gizli saxladığın telefonu ver görüm əsgərdə te­le­fon olmaz.

-Şıxı baba, ucuz telefondur, sadə telefondur, “salam” de­mək üçündür.

-Ver, ver əsgərdə telefon olmaz. Tural telefonu komandirinə uzatdı. Birdən təpənin üstündən mina partlaması səsi eşidildi. Vüqar günəşin gözəlliyinə baxmaq üçün təpənin üstünə çıxmış, ermənilərin basdırdığı minaya toxunmuşdu.

Hamı donub qalmışdı. Tural Vüqarın cəsədinə tərəf qaçdı. Onun parça-parça olmuş bədənini bir yerə yığaraq biz belə danışmamışdıq, qardaş,deyə fəryad etdi.

-Axı biz sənlə müharibədən sonra bir də buralara qayıda­caq­dıq.

Tural onun qopmuş qolunu götürəndı gözlərinə inanmadı ov­cu bükülü idi. Ovcunun içində şəkil vardı,şəkil qana bu­laş­mışdı.Balaca bir oğlan şəkli idi.

-Qayıdacağam, qardaş, öz oğlumu da, sənin oğlunu da götü­rüb qayıdacağam buralara……

KÜBRA TURALQIZI

Ziya.İnfo.Az

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir