Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Noyabr 22, 2025

QIRX DÖRD GÜNLÜK QƏHRƏMANLIQ DASTANI VƏ ZƏFƏRƏ APARAN SİYASƏT

BƏXTİYAR NƏBİYEV,
YAP Yasamal rayon təşkilatının sədri,
Bakı Dövlət Universitetinin dosenti

Prezident İlham Əliyevin siyasi iradəsi və məqsədyönlü si­ya­sətinin xalq fədakarlığı ilə birləşdiyi və Zəfər qazanıldığı Vətən mü­h­aribəsinin ildönümü tamam olur. Bu müharibə döv­lətimizin baş­çısının fəaliyyətinin tarixi əhəmiyyətini ortaya qoyan ən mü­hüm hadisələrdən biri oldu. Ulu öndər Heydər Əli­yevin əsasını qoy­­duğu dövlət və ordu quruculuğunun mən­tiqi nəticəsi Vətən mü­hari­bə­sin­də özünü göstərdi. Bunun da əsas amillərindən biri o idi ki, Pre­zi­dent İlham Əliyev bu siya­səti layiqli bir şəkildə da­vam etdirdi. Xa­rici və daxili si­yasətin elmi əsaslarla qurulması, xalqla birliyin yük­sək səviy­yəyə çat­ması 44 günlük müharibədə əsas amillərdən biri idi. Amma bu zəfərə gedən yol heç də asan ol­madı. Bu gün gənc­lərin bu yolu anal­ması üçün müəyyən qədər tarixi eks­kursa ehtiyac var. Ona görə də, gərək bu tarixi yola nə­zər sa­laq.

“Azərbaycan 1991-ci ildə müstəqil bir dövlət kimi dünya siyasi xəritəsinə daxil oldu. Bu münasibətlər sisteminə daxil olan kimi müx­təlif xarici qüvvələrin bu və ya digər şəkildə dəs­tək­lədiyi Er­mənistanla müharibə şəraitinə düşdü. Ermə­nistan həm də dünya erməni lobbisi tərəfindən dəstək alırdı. Azərbay­can isə infor­ma­si­ya müharibəsində uduzur, işğallara baxma­ya­raq müqəs­sir tərəf kimi dün­ya ictimaiyyətinə təqdim edilirdi. Həm­çinin ölkə daxi­lində ciddi hərc-mərclik başla­mış­dı. İqti­sadiyyat dağıl­mış, neft hasilatı aşağı düşmüşdü. Öl­kədə siyasi partiya­ların, eləcə də yarı hərbi qrupların sayı artmışdı.

Bu bəlalardan qurtarmaq üçün xalq ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması üçün səfərbər oldu. Azər­baycana dövlətçilik təcrübəsi və milli duyğuları bir araya gətirə biləcək bir lider lazım idi. Qeyd edilənlərin məntiqi nəti­cəsi ola­raq xalq bir çox ziyalısının timsalında Ulu Öndərə mü­raciət etdi. 1993-cü il 15 iyun Azərbaycan tarixinə Qurtuluş Gü­nü ola­raq yazıldı. Həmin ilin oktyabrında isə xalqın mütləq əksəriy­yətinin səsi ilə ümummilli lider Heydər Əliyev Pre­zi­dent seçildi. Artıq Azər­bay­canda istər daxili siyasət, istərsə də xarici siyasət tə­sa­düfi ifa­də­lərdən xilas oldu, strate­giya və konsep­tuallıq mər­hələsi baş­landı. Daha sonra cəbhə xəttində ordumuz düşmən qüvvə­lərini dayandırdı. Əks-hücuma keçərək Horadiz qəsəbəsini və bir çox əraziləri azad etdi. Lakin ümum­milli lider Heydər Əliyev bilirdi ki, xarici və da­xili bədxahların çox ol­duğu dövrdə hərbi əməliy­yatların davam etdirilməsi dövləti güc­­­­dən sala bilər. Azər­baycan Ordusunun irəlilə­yişləri Ermə­nis­­­tanı danışıqlar masa­sına oturmağa vadar etdi. 1994-cü il ma­yın 12-də imzalan­mış atəşkəs razılaşması milli dip­lomati­ya­mı­zın ilk qələbəsi sayıla bilər. Aktiv hücum əməliyyat­larının da­yandırılması nəticəsində ölkənin daxili prob­lemlərini həll et­mək və xarici nüfuzunu ar­tırmaq imkanı əldə edildi. 1994-cü ilin sentya­brında “Əsrin müqa­viləsi” imzalandı. Azərbaycan Qərb in­vesti­si­yalarının küt­ləvi daxil olduğu ilk post­sovet mə­kanı ölkəsi oldu. İq­ti­sadiyyata yeni nəfəs verildi. Həm­çinin da­xili iqtisadi və siyasi is­lahatlar aparıldı. Əsas mə­sə­lə­lər­dən biri də o idi ki, ciddi şəkildə ordu quruculuğuna başlanıldı.

2003-cü ildən ümummilli lider Heydər Əliyevin strateji kursu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqli şəkildə da­vam etdirildi. Ölkə iqtisadiyyatının gücləndirilməsi üçün re­gional disproporsiyaların aradan qaldırılması əsas hə­dəf­lərdən biri kimi qəbul edildi. Regionların sosial-iqtisadi in­kişafı güclən­dirildi, bunun üçün müvafiq dövlət proqram­larının icrasına başla­nıldı. Ən başlıcası Ermənistan təcavü­zünün ara­dan qaldırılması üçün mü­hüm tədbirlər həyata ke­çirildi. Apa­rılan işlərin nəticəsi olaraq Azərbaycan Ordusu Cə­nubi Qaf­qa­zın ən güclü və müasir təchiz edilmiş silahlı qüv­və­lərinə çev­rildi. 2016-ci il Aprel dö­yüşləri bunu Ermənis­tana və onu dəs­təkləyənlərə sübut etdi.

Azərbaycan getdikcə yüksəlir, Ermənistan isə iflasa doğru ge­dir­di. Serj Sarqsyan hakimiyyətdən getdi. Özünü demokrat ki­­mi qə­lə­mə verən Nikol Paşinyan hakimiyyətə gəldi. İlk za­man­da onun ha­ki­miyyətə gəlməsi prosesin sülhlə nizamlan­masına dair ümidlərə səbəb olsa da, müəyyən müddət sonra Nikolun “erməni mahiyyəti” üzə çıxdı. Paşinyanın xarici siya­sətinin və iflasının göstəricisi Azər­baycan Prezidenti İlham Əli­yev qarşısında “Val­day”da və Mün­hendə rəzil olmasıdır. Pre­zident İlham Əliyev 2019-cu il oktyabrın 4-də Soçidə “Valday” Beynəlxalq Diskus­siya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxış etdi və yüksək siyasi məharətini or­taya qoy­du. 2020-ci il fevralın 15-də Münhendə Prezident İlham Əliyev tərəfindən debatda Paşin­yan siyasi cəhətdən məhv oldu. Fev­ra­lın 15-də Münhen kon­fransının iştirakçıları və jurnalistlər Er­mənistanın simasının nə ol­duğunu görə bildilər.

Paşinyanın siyasəti isə 2020-ci il 27 sentyabr tarixində baş­layan Vətən müharibəsində iflas etdi. Ermənistan hökumətinin prosesi pozmaq üçün atdığı addımlar Ermənistan ordusunun cəb­hə xəttində Azərbaycan sərhədində təxribat xarakterli hərə­kətləri ilə müşayiət olundu. 2020-ci ilin iyul ayında Ermənistan hərbi bir­ləş­mələri Azər­baycanın dövlət sərhədin­dəki strateji yük­sək­likləri ələ keçir­mək üçün Tovuza hücum etməyə cəhd etdilər. Neft strate­giyası və kommuni­kasiya siya­səti üçün belə bir vacib bölgədə davam edən şiddətli döyüş­lərdən sonra düş­mən əvvəlki mövqe­lə­rinə geri çəkildi. Erməni tərəfi xeyli canlı qüvvə, çox sayda zi­rehli texnika, radar ava­danlığı, pilotsuz uçuş aparatları itirdi. Ge­neral-mayor Polad Həşi­mov və polkovnik İlqar Mirzə­yev də daxil ol­maqla 12 azərbaycanlı hərbçi döyüş­lər zamanı qəhrəman­casına şəhid oldu.

Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə bu ölkənin silahlı qüvvələri sentyabrın 27-də səhər saat 6 radə­lərində Azərbaycan Ordusunun cəbhə xəttindəki möv­qelərini ballistik ra­ket­lər, fosfor və kaset bombaları ilə bom­baladı. Bom­balar təmas xət­tindəki sıx məskunlaşmış kəndlərlə birlikdə Tər­tər, Ağdam, Fü­zuli, Cəbrayıl rayonları ilə yanaşı Gəncə, Mingə­çevir və digər ya­şa­yış məntəqələri və cəbhə xəttindən yüzlərlə kilometr mə­sa­fədə yer­lə­şən mülki infra­struk­tur obyekt­lərinə düşdü. Gəncə və Bərdədə faciə yaşandı. Raket zərbələ­rindən mül­ki insanlar, kör­pələr həlak oldu.

Azərbaycan Ordusunun həyata keçirdiyi “Dəmir yumruq” əmə­liyyatı nəticəsində 30 illik işğala son qoyuldu, ərazilərimiz azad edildi.

Azərbaycan və Türkiyə prezidentlərinin qardaşlıq münasi­bətl­əri iki ölkənin bir-birinə dəstəyini gücləndirdi. Türkiyənin si­yasi cə­hət­dən Azərbaycanı dəstəkləməsi müharibənin gedişa­tına mü­hüm təsir göstərdi. Prezident İlham Əliyevin Türkiyə teleka­nal­la­rı­na verdiyi tarixi müsahibələr Azərbaycan həqiqət­lərinin dün­ya­ya çat­dırılma­sında xüsusi rol oynadı. Dövlətimizin başçısı öz çı­xışlarında Türki­yənin qardaşlıq dəstəyini daim xüsusi qeyd edir. Prezident İl­ham Əliyevin Pakistanla qurduğu siyasi əlaqələr bu qardaş döv­lətin də siyasi dəstəyinin güclü olmasına gətirib çı­xar­dı. Ölkəmizin xarici siyasətindəki uğurlu istiqamət­lərdən biri də Qoşulmama Hərəkatı təşkilatının işində fəal iştirakı, bu təşki­lata üzv ölkə­lərlə sıx əmək­daşlıq əlaqələ­rinin yaradıl­masıdır. Be­lə­liklə, Vətən müha­ribəsi za­manı bu ölkələrin göstər­diyi prin­si­pial mövqe sayəsində BMT Təhlükə­sizlik Şurası tərəfindən ölkə­­mi­zin maraqlarına zidd bir qərar qəbul edilməsinin qarşısı alındı.

Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri xalqı­mızın televiziyanı sevinc göz yaşları ilə izləməsi oldu. 2020-ci il no­yabrın 8-də Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi və orada Şuşa şəhərinin Azərbaycan Silahlı Qüv­vələri tərə­fin­dən iş­ğalından azad olunduğunu elan etdi. No­yabrın 9-da Azər­bay­can Or­dusu daha 71 kəndi, bir yaşayış məntəqəsini və 8 strateji yük­səkliyi işğaldan azad etdi. Belə­liklə, döyüş əməliy­yatları za­ma­nı azad edil­miş yaşayış məntə­qələrinin sayı 300-ə çatdı. Şu­şa­nın azad edilməsi müharibədə ermənilərin məğlubiy­yətini tanı­ma­sına səbəb olan həll­edici bir döyüş oldu. Döyüşdən bir neçə gün sonra Ermə­nistan məğ­lu­biy­yətini etiraf etmək məc­buriy­yətin­də qaldı. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Er­mənis­tanın baş naziri Nikol Paşinyan və Rusiya Fe­derasiyasının Prezidenti Vladimir Putin birgə Bə­yanat qəbul et­dilər. Azərbaycan Vətən mühari­bəsini Qələbə ilə bitirdi.

Zəfərin qazanılması Azərbaycan Prezidenti İlham Əliyevin məq­­­sədyönlü, milli və konseptual siyasətinin nəticəsidir. Vətən mü­­­hari­bəsində şanlı Azərbaycan Ordusu şərəfli tarix yazdı… Bu mü­hari­bə­də əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıq gös­tər­dilər, döyüş­lər zamanı şəhidlərimiz, yaralananlarımız oldu. Və­tən, tor­paq yolunda canlarından keçən şəhidlərin əziz xa­ti­rə­si ürək­lərdə daim yaşaya­caq”.

 

ZiM.Az