Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Rektor AzTU-ya yüksək balla qəbul olunan tələbələrlə görüşüb –

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev bu il universitetə 600-dən yuxarı balla qəbul olunan tələbələrlə görüşüb. AzTU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə rektor hər bir tələbə ilə ayrıca tanış olub, onların qəbul balı və ixtisasları ilə maraqlanıb.

Daha sonra universitetdə görülən işlər, beynəlxalq əlaqələr, tələbələrə yaradılan imkanlar barədə ətraflı məlumat verilib. Son illər AzTU-da həyata keçirilən yenilikləri izlədiklərini bildirən tələbələr burada təhsil almaqdan məmnunluq ifadə ediblər.

Görüşdən sonra tələbələrə xüsusi hədiyyələr təqdim olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir