Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Avqust 25, 2026

AzTU ilə “IDTECH Academy” və “AVICOM” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb –

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “IDTECH Academy” MMC və “AVICOM” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi AzTU-nun rektoru Vilayət Vəliyev, “IDTECH Academy ” MMC-nin direktoru Samir Nuriyev və “AVICOM” MMC-nin direktoru Rəşad Nəsirov imzalayıblar.

Memoranduma əsasən, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə təcrübə keçməsi, onların məşğulluğuna dəstək göstərilməsi nəzərdə tutulub.

Tərəflər həmçinin innovativ layihələrin hazırlanması istiqamətində də əməkdaşlıq edəcəklər.