Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Noyabr 22, 2025

Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar AzTU-da olub –

Azərbaycanda səfərdə olan Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetində (AzTU) olub.

Qonaqlar elm və təhsil naziri Emin Əmrullayev və AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüblər.

Əvvəlcə qonaqlara AzTU-da görülən işlər haqqında ətraflı məlumat verilib.

AzTU və Türkiyə universitetləri arasında mövcud əməkdaşlığın vəziyyəti, birgə həyata keçirilən layihələr və perspektivdə nəzərdə tutulan fəaliyyətlər barədə müzakirələr aparılıb.

 

Daha sonra qonaqlar AzTU-nun kampusunu ziyarət ediblər.