Bu gün Azərbaycan vəkilləri öz peşə bayramlarını qeyd edirlər
4 min readTƏBRİK EDİRİK!..
Vəkillik fəaliyyəti daima öz üzərində çalışmaq, zəhmət tələb edən peşədir. Bir vəkilin təmkinli və intuisiyaya malik olması, onun yüksək səviyyəli peşəkar vəkil olmasından xəbər verir. Vəkilin əsas vəzifəsi hər bir şəxsin hüquq və azadlıqlarının qanunla qorunub müdafiə edilməsindən, onlara peşəkar, vicdanlı hüquqi yardım göstərilməsini təmin etməsindən, vəkillik peşəsinin insan həyatında çox önəmli olmasını və nüfuzunu yüksəltməsidən ibarətdir. Pozulmuş insan hüquqlarını, vicdanla, təmənnasız müdafiə edib, hüquqi məsləhətlərə ehtiyacı olan insanların hər zaman yanında olmaq əsl vəkillikdir.
Belə vəkillərdən biri mənim dostum, qardaşım Bakı şəhəri, Səbail rayonunun Zərifə Əliyeva küçəsində yerləşən 12 saylı Vəkil bürosunun nümunəvi əməkdaşı vəkil Cəbrayılov Rəşad Vəkil oğludur.
Hər zaman lazım olan anda, vətəndaşların yanında olan Rəşad müəllim peşəkar vəkil kimi öz imzasını çoxdan təsdiq etmişdir. Məhkəmə salonlarında yüksək səviyyədə, mərdi-mərdanə çıxışları, müvəkillərini hüquqi müstəvidə müdafiə etməsi, salonda əyləşən hər kəsi heyran edir. Rəşad Vəkil oğlunun peşəkar vəkil olması, nəinki onu tanıyan insanlar tərəfindən, hətta dövlət ittihamçıları və hakimlər tərəfindən də danışılır. Rəşad müəllim ilə tanışlığım ailəmizin başına gələn məhkəmə işindən başlayıb. Ailəmizin müdafiəsi üçün vəkil axtarışına çıxmışdım, mənə isə ancaq pozulmuş hüquqları məhkəmə salonunda hakimlərə peşəkarcasına sübut edən vəkil lazım idi. Çevrəm geniş olsa da, mənə bu vəkil söhbətində heç kəs kömək edə bilmirdi. Hüquqi savadım da olmadığına görə, evimizlə prokurorluq arasında çırpına-çırpına qalmışdım. Bir gün vaxtı ilə məmur, indi isə pensiyada olan atamın dostuna zəng edib başımıza gələnləri ona danışıb, tanış vəkili olub-olmadığını soruşdum. “Qızım, mənə bu olanları niyə indi danışırsan?”- deyib, tanış vəkilin olduğunu bildirdi. Tanış vəkilinin olduğunu deyən kimi, atamın dostuna ilk sualım, “Siz onu haradan və kimin vasitəsilə tanıyırsınız?” – oldu. Sualımdan həm gülüb, həm də təccübləndi. Atamın dostu dedi ki, yaxın bir prokuror dostum tanış edib. Bu sözü eşitdikdən sonra özümdə bir əminlik hiss etdim. Elə həmin gün Rəşad müəllim ilə telefonla danışıb onun iş yerində görüşdük. Olanları ona danışdıqdan sonra başa düşdüm ki, qarşı tərəf bizə qarşı Azərbaycan konstitusiyasının üç maddəsini pozub. Rəşad müəllim ilə müqavilə bağlayıb işi ona həvalə etdikdən sonra aradan çəkildim. On gün ərzində qaraşı tərəfi qoruyub istintaq işini qərəzli şəkildə bir tərəfli aparan müstəntiqi işdən kənarlaşdırıb yenisi ilə əvəz etdirdi. Bizim pozulmuş hüquqlarımızı bərqərar edib, qanun çərçivəsində məhkəməni də uddu. Məni yüksək səviyyəli, peşəkar, işini çox sevən bir vəkillə tanış etdiyinə görə atamın dostuna hər zaman minnətdar olub, Rəşad müəllim ilə qürur duyuram.
Rəşad müəllim, sizi vəkil günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, böyük zəhmət, səbr, vicdan, tələb edən peşənizdə isə yüksək nailiyyətlər, bol-bol uğurlar arzulayıram. Hər yaşadığınız günü sevgi ilə açıb mutlulukla bitirəsiniz. Gülüş üzünüzdən, təbəssüm gözünüzdən, sevgi qəlbinizdən əskik olmasın. Sizi kimi oğulları olan vətənimiz hər zaman qalibdir!!!
Fürsətdən istifadə edərək, bütün vəkillərimizi peşə bayramları münasibətilə ürıkdən təbrik edir və yeni-yeni uğurlar arzulayırıq!..
ƏMİNƏ QÜDRƏTLİ,
Borçalı
.