Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Noyabr 22, 2025

AzTU rektoru Beynəlxalq Müəllimlər Günü münasibətilə universitetin qocaman müəllimləri ilə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Beynəlxalq Müəllimlər Gününə həsr olunan görüş keçirilib.

Görüşdə AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin qocaman müəllimləri iştirak edib. Akademik heyəti Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edən rektor onlara şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, gənc müəllimlər pedaqoji və elmi fəaliyyətlərində qocaman müəllimlərin təcrübələrindən yararlanmalı, hər zaman onlardan məsləhət almalıdırlar.

Görüşdə çıxış edən müəllimlər onlara göstərilən diqqətə görə təşəkkür ediblər.

“ZİYA”