Social menu is not set. You need to create menu and assign it to Social Menu on Menu Settings.

Noyabr 22, 2025

AzTU-nun rektoru ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Ankara və Gazi universitetləri ilə birgə yerinə yetirilən ikili diplom proqramlarına qəbul olunan türkiyəli tələbələrlə görüşüb. Rektor qeyd edib ki, tələbələr iki il AzTU-da, iki il Türkiyənin müvafiq universitetlərində təhsil alacaqlar.

Görüş zamanı tələbələrin təəssüratları dinlənilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Ankara Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına qəbul olunan tələbələr kompüter mühəndisliyi, Gazi Universiteti ilə birgə yerinə yetirilən ikili diplom proqramına qəbul olunan tələbələr isə elektrik və elektronika mühəndisliyi ixtisasında təhsil alacaqlar.

“Ziya”

.