HACIXANIM ALMAZ MUSTAFAYEVA Baş direktor təyin olunub –
TƏBRİK EDİRİK!..
Bu günlərdə
dəyərli həmkarımız,
tanınmış ictimai xadim,
təcrübəli təşkilatçı və
xeyirxah insan
çox hörmətli
HACIXANIM
ALMAZ MUSTAFAYEVA
“ZƏFƏR”
İnformasiya Mərkəzinin və
“ZEFER.İNFO.AZ” saytının
Baş direktoru vəzifəsinə
təyin olunub.
Bu münasibətlə çox hörmətli
Hacıxanım Almaz Mustafayevanı
ürəkdən təbrik edir, ona uzun ömür,
möhkəm cansağlığı, bol ruzu,
xoşbəxt və mənalı həyat,
şərəfli fəaliyyətində
yeni-yeni uğurlar arzulayır və
istedadlı qələm dostumuz,
tanınmış şairə
Gilə xanım Dəryanın
Almaz xanıma həsr etdiyi
gözəl bir şeiri
dəyərli oxucularımıza
təqdim edirik!..
ZiM.Az
HƏCIXANIM ALMAZ DƏYƏRLİ
Gülüşüm səninlə, açsın gül-çiçək,
Gəzək biz səninlə güllü, gülşəni.
Dəyərli Almazın ətri yayılsın,
Hər kəsdən o elin, çox sevir səni.
Sevincdən dolaşır əlim, ayağım,
Həyacan içində, dilim dodağım.
Nə vaxt gələcəkdi, əziz qonağım,
Müşk ənbər bürüyüb, gülü çəməni.
“Şam İşığı”n gülü gəlib məclisə,
Şairlər bülbül tək, verib səs-səsə.
Üzündə nur gördüm, gəldim həvəsə,
Gözündə görmədim, dağların çəni.
Əl-ələ tutmuşuq, gəzirik düzü,
Həyadan Almazın, qızarır üzü,
Şairəm vəsfimdə, ceyranın gözü,
Bülbülün gülü var, yox yasəməni.
Bihudə qaralma, bihudə yanma,
Qəlbi olmayanı ,vəfalı sanma.
Qiymətli Almazsan, özünü danma,
Mən Gilə Dəryayam, unutma məni.
GİLƏ XANIM DƏRYA,
ZiM.Az
.
