Texniki Universitetin əməkdaşı Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb –
2 min readTƏBRİK EDİRİK!..
Azərbaycan Texniki Universitetinin əməkdaşı – AzTU Press nəşriyyatının, “Ziya” qəzetinin, “Ziya” İnformasiya Mərkəzinin, “ZiM.Az” və “Ziya.İnfo.Az” saytlarının baş redaktoru, tanınmış jurnalist, ədəbiyyatşünas alim, istedadlı yazıçı, zəhmətkeş tədqiqatçı, prinsipial tənqidçi, onlarla kitabın, yüzlərlə elmi və elmi-publisistik məqalələrin müəllifi, 1997-ci ildən Azərbaycan Yazıçılar Birliyinin (AYB), 1998-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin (AJB) üzvü, 2016-cı ildən filologiya üzrə fəlsəfə doktoru, “Abulla Şaiq”, “Nəriman Nərimanov”, “Zirvə”, “Zəfər”, “Qızıl Qələm” və s. mükafatların laureatı olan MÜŞFİQ BORÇALI (Müşviq Mədəd oğlu Çobanov) – bu günlərdə AYB-nin təqdimatına və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Yazıçılar Birliyi üzvlərinin yaradıcılıq şəraitinin yaxşılaşdırılması tədbirləri haqqında” 2023 saylı müvafiq sərəncamına əsasən Prezident təqaüdünə layiq görülüb.
Bu münasibətlə, eləcə də,
fürsətdən istifadə edərək,
Milli Mətbuat Günü münasibətilə,
Redaksiya Heyətimiz və
Yaradıcı kollektivimiz adından
əziz və sevimli həmkarımız,
dəyərli ziyalımız,
çox hörmətli qələm dostumuz
Müşfiq müəllimi ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı,
şəxsi həyatında, eləcə də,
elmi-pedaqoji, ədəbi-bədii
və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..
Qeyd edək ki, Müşfiq Borçalı –
eyni zamanda, “Yurd”, “Zirvə”,
“Zəfər” İnformasiya mərkəzlərinin,
“Borçalı” və “Yurd” nəşriyyatlarının,
“Zirve.info”, “Zirve.info.az”, “Yurd.info.az”,
“Zefer.info.Az”, “Elm.İnfo.az”, “Bolnisi.az”,
“Borcali.org” saytlarının da təsisçisi, qurucusu,
rəhbəri və Baş redaktorudur.
O, həmçinin, “ZiM.Az/Tv”-nin,
“Borçalı”, “Şərqin səsi”,
“Elm və Təhsil” qəzetlərinin,
“Zirvə” və “Zəfər” jurnallarının da
qurucusu və Baş məsləhətçisidir.
“Ziya” qəzetinin və
“Ziya” İnformasiya Mərkəzinin
Redaksiya Heyəti;
“ZiM.Az” və “Ziya.info.Az” saytlarının
Yaradıcı kollektivi