TARİX YAZAN İGİDLƏR

2 min read

18 dekabr – Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən haqq savaşında qəhramanlıqla şəhidlik zirvəsinə ucalan Həmidov Mixail Hamlet oğlunun doğum günüdür.

Bu münasibətlə 2023-ci il dekabrın 18-də şəhid Mıxail Həmidovun məzarı ziyarət olundu, xatirəsi ehtiramla yad edildi.

İkinci Fəxri xiyabanda baş tutan tədbirdə Bakı şəhərinin Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, icra hakimiyyəti aparatının məsul şəxsləri, ziyalılar, şəhid ailələri, məktəblilər və bir çox vətənpərvər insanlar iştirak etdilər.

Daha sora Suraxanı rayon icra hakimiyyətinin başçısı çıxış edərək şəhidin ailəsinə belə vətənpərvər oğul böyütdükləri üçün təşəkkur etdi.

Çıxışlardan sonra məktəblilər şəhid Mixail Həmidova həsr olunmuş şeirlər səsləndidilər.

Sonda tanınmış yazıçı-jurnalist, “Ziya” qəzetinin, ZiM.Az,  Ziya.İnfo.Az və Zefer.İnfo.Az saytlarının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının şəhid Mixail Həmidov haqqında da ayrıca məqalənin dərc olunduğu  “Borçalı Şəhidləri” adlı kitabı və təşəkkürnamə şəhid anasına təqdim olundu.

Məkanın cənnət olsun, igid oğul!

Xatirən daima yaddaşlarda əbədi qalacaqdır.

Raziyə Kamilqızı
AYB və AJB-nin üzvü

 

“Zəfər”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir